xalqın çoxsaylı iqtisadi problemləri Bakı şəhərinin bəzi lüks restaranları və bər-bəzəkli binaları pərdəsi altında gizlənib
Aran xəbər agentliyi-Azərbaycan Respublikası, Sovet İttifaqı dağıldıqdan sonra böyük neft ölkələri və şirkətlərinin köməyi ilə Xəzər neft yataqlarından yüksək iqtisadi faydalana bilib. Azərbaycanın neft müqavilələri araşdırıldıqda məlum olur ki, bəzi müqavilələrin yalnız siyasi səbəbi var və bu müqavilələr xalqın zərərinədir. Misal üçün Bakı Tiflis neft kəmərinə işarə etmək olar. Əslində bu kəmər İsrailin Hayfa limanının energisinin təmin olunması məqsədi ilə hazırlanıb və Azərbaycan əhalisinin bir çoxu bu müqavilənin əleyhinədir.
Böyük şirkətlərlə bağlanan neft müqavilələrinin üzərindən 30 il keçməsi nəticəsində əhalinin bir çox məişət problemlərinin həll olunması gözlənilirdi. Lakin təəssüflər olsun ki, hər gün keçdikçə dövlətə bağlı bir çox şəxslərin neftin gəlirinə tamahları daha da çoxalır və nəticədə xalqın iqtisadi problemləri artır.
Qarabağın işğalından 20 ilə yaxın ötməsinə baxmayaraq işğal olunmuş ərazilərdən heç nə geri alınmayıb və vətənindən didərgin düşmüş qaçqınlar öz şəhərlərinə geri qayıtmağa ümidlərini üzüblər. Qaçqınların bir çoxu məskən baxımından olduqca pis şəraitdə yaşayırlar.
Əlbəttə xalqın çoxsaylı iqtisadi problemləri, əhalinin yoxsulluğu Bakı şəhərinin bəzi lüks restaranları və bər-bəzəkli binaları, qiymətli avtomobillər pərdəsi altında gizlənib.
Həmçinin bu neft ölkəsində böyük iqtisadi problemlər ağır ictimai zərərlərə də səbəb olub. Tez-tez əhali arasında baş verən intihar xəbərləri ilə rastlaşılır. Araşdırmalar göstərir ki, intihar edən şəxslərin bu addımı atmalarının əsas səbəb onların və ailələrinin iqtisadi problemi olub. Ölkədə iqtisadi çətinliklər elə bir həddə çatıb ki, bir neçə gün öncə Zaur Həsənov adlı Qarabağ əlili iqtisadi problemlər və ailəsini dolandıra bilməmək səbəbindən özünü yandırdı.
Bütün bunlarla yanaşı Azərbaycan hökumətində iqtisadi yeyintilərin sayı artmaqdadır. Hökumətə yaxın Süleyman Mikayılov, Vüsal Novruzov və digər şəxslərin milyardlarla yeyintiləri, yüksək məbləğdə rüşvət alınması və digər oxşar mənfi hallar xalqın, iqtisadi problemlərin yaxın bir vaxtda həll olmayacağına əmin olmasına səbəb olub.
Bu acınacaqlı şərait, cavanlar arasında işsizliyin çoxalması, həmçinin bəzi şəxslərin dini iradələrinin zəifliyi, təəssüf ki, Azərbaycan Respublikasında intihar hallarının daha da çoxalmasına səbəb olacaq.