Dünən Azərbaycan İslam Partiyası Baş Məclisinin növbəti toplantısı keçirilib
Arannews-ın verdiyi xəbərə görə, iclasın gündəliyinə ölkədə ictimai-siyasi vəziyyət və beynəlxalq aləmdə baş verən son hadisələr, AİP sədri Hacı Mövsüm Səmədov və digərlərinin qanunsuz həbsinin üçüncü ildönümü, Məhərrəm ayında İslam müqəddəslərinin anılması, təşkilati və cari məsələlər daxil edilib.Toplantını giriş sözü ilə AİP sədr əvəzi Hacı Elçin Manafov açaraq gündəlikdə duran məsələlər haqda məlumat verib.Birinci məsələ barədə AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli, ikinci məsələ ilə bağlı AİP-in mövqeyini Elçin Manafov, üçüncü məsələ ilə bağlı AİP sədrinin birinci müavini Hacı İnqilab Əhədli çıxış edib.İslamçılar erməni qəsbkarlarının Azərbaycana qarşı 20 ildən artıq davam edən işğalçılıq siyasəti nəticəsində 20 faiz torpaqlarımızı işğal etməsinin iqtisadiyyatımıza, ekologiyamıza, milli-mənəvi abidələrimizə, insan haqlarının təmin edilməsinə, xüsusən də vətəndaşlarımızın mənəviyyatına vurduğu zərərin ölçüyə gəlmədiyi və vəziyyətin dözülməz həddə çatdığını bildirib.
Çıxışçılar xalqın bütün qüvvələrinin bu istiqamətdə səfərbərliyə alınmasının, Azərbaycan xalqının işğal altında yaşamağa layiq olmadığını sübut edən amillərin ictimaiyyətə çatdırılmasının, ATƏT-in Minsk Qrupunun aldadıcı manevrlərinə son qoyularaq xalqımızın torpaqlarını işğaldan azad etməyə qadir olduğu inamını qaytarmasınıın vacibliyindən danışıb.Natiqlər bu gün cəmiyyətdə baş verən intiharların, kəfən geyinilərək torpaqlarımızın azad edilməsi uğrunda savaşa başlamaqla əvəz edilməsindən danışıb.AİP Baş Məclisinin üzvləri partiya sədri Hacı Mövsüm Səmədovun haqsız həbsindən keçən üç ildə onun hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərdən, ölkədə qanunsuz həbslərin nəticəsində M.Səmədov və digər islamçıların azadlıqlarının əllərindən alınmasının cəmiyyətə vurduğu mənəvi ziyanla bağlı məsələləri müzakirə edib.Ötən müddət ərzində partiyanın idarə heyəti və üzvləri, İslamçıların Hüquqlarının Müdafiə Komitəsi Hacı Mövsüm Səmədovun pozulmuş haqlarının bərpa edilməsi istiqamətində kifayət qədər tədbirlər görüb, yerli və beynəlxalq hüquq təşkilatlarına müraciətlər ünvanlayıb. H.Mövsümün Müdafiə Komitəsinin sədri Kərbəlayi Natiq Kərimov M. Səmədovun azadlıq hüququnun bərpa edilməsi üçün sənədlərin onun vəkili tərəfindən Avropa İnsan Haqları Məhkəməsinə təqdim edildiyi və ərizənin baxılmaq üçün qeydiyyata alındığını deyib.
Baş Məclis üzvləri bununla yanaşı partiya sədri Hacı Mövsün Səmədovun qanunsuz həbsinin siyasi sifariş olması, ona qarşı qərəzli və böhtan xarakterli ittihamın irəli sürülərək həbs edilməsini əsas gətirərək onun azadlığa buraxılması üçün dövlət başçısına AİP-in Baş Məclisi adından müraciət qəbul etməyi lazım bilib.Müraciətdə Azərbaycan İslam Partiyasının yarandığı gündən müsəlman xalqımızın, bütün vətəndaşlarımızın xoşbəxt gələcəyi uğrunda əzmlə mübarizə apardığını, siyasi fəaliyyəti dövründə Vətən, xalq, dövlət qarşısında öhdəsinə düşən vəzifələrin ləyaqətlə yerinə yetirdiyi vurğulanır. Başda Hacı Mövsüm Səmədov olmaqla din alimlərinin həbsxanalarda günahsız yerə əzab çəkmələri, ailələrindən uzaq düşmələri çoxminli sosial bazaya malik partiya üzvlərinin, xüsusən ölkədə dini cameənin ciddi narahatlığına səbəb olduğu da söylənilir.
Müraciətdə bildirilir ki, Hacı Mövsümə qarşı irəli sürülən ittihamlara, onun və digər islamçıların cinayət tərkibli əməl törədə biləcəklərinə onları tanıyan yüz minlərlə insan inanmır və onları günahsız hesab edir və dindarlar günahsız insanların, dinimizin müqəddəs dəyərlərinin daşıyıcılarının məhkum olunduqları 12 illik həbs müddətindən əvvəl azad edilməsini ədalətin təntənəsi kimi dəyərləndirərdi.Baş Məclis üzvləri Məhərrəm ayının əza günlərinin bütün ölkədə İslam təəssübkeşliyi, Allaha layiqli bəndə olmaq şövqü ilə keçirildiyini bildiriblər. Azərbaycan İslam Partiyası Qadınlar Şurasının sədri Hacı Növrəstə İbrahimova matəm ayı ərzində bölgələrdə keçirdiyi görüşlər və həmin görüşlərdə ünsiyyətdə olduğu insanların, müsəlman xanımların İmam Hüseynin(ə) Kərbəla məktəbindən necə bəhrələndiklərini, bu müqəddəs hissləri övladlarının qəlbinə bal kimi sızdırdıqlarını dilə gətirdi. Onun sözlərinə görə, İmama məhəbbətin ildən-ilə artır və bununla bağlı keçirilən mərasimlər daha geniş miqyas alır.“Ən mühüm olan isə mövcud iqtidarın istəyindən asılı olmayaraq sadə insanlar bu müqəddəs günlərin nurlu təsiri altına düşür, paklaşır, casərət tapır. Amma müsəlman qövmü üçün, xüsusən tariximizə, mədəniyyətimizə, milli mənəviyyatımıza hopmuş, məişətimizdə öz yerini tutmuş bəşəri İslam dəyərlərinin, ayinlərin icrası zərurətdən doğan haldır”,- deyə N.İbrahimova yekunlaşdırıb.Çıxış edənlər AİP-in dini və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində həyata keçirdiyi tədbirlərdən, bu tədbirlərə sidq ürəklə gələnlərin sayının dəfələrlə artmasından danışaraq, ayrı-ayrı bölgələrdə insanların çoxdan arzuladıqları ayinlərin qeyd olunması hamının ürəyincə olduğunu və bunun insanları vəhdətə, vətənpərvərliyə sövq etdiyi üçün möminlərin, xüsusən İslam Partiyasına təşəkkürlərini bildirdi.
Bundan əlavə, Baş Məclisdə təşkilati məsələr də müzakirə olundu.
Partiya sədrinin ictimai məsələlər üzrə müavinliyinə Hacı Elşən Orucov partiyanın gənclər təşkilatının sədrliyinə Kərbəlayi Vüqar Abdullayevin namizədliyini irəli sürdü. V.Abdullayev Baş Məclisinin üzvləri tərəfindən səsvermə yolu ilə gənclər təşkilatının sədri seçildi. Bundan əlavə, Bakının Abşeron rayonunda AİP-in yerli komitəsinin təsis olunmasından ötrü təşəbbüs qrupunun yaradılması, yaxın günlərdə təsis konfransının keçirilməsi qərara alındı. Bununla da Baş Məclis öz işini yekunlaşdırdı.