Tarix : 2014 Jan 10
Kod 41624

"Düşmənin təbəssümünü ciddi qəbul edib, ona aldanmaq olmaz"+fotolar

İranın Ali Dini lideri bu gün Qum əhalisini qəbul edib
Arannews -ın İRİB-ə istinadən verdiyi xəbərə görə İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xamenei 9 yanvar 1978-ci il qiyamının ildönümü ilə bağlı Qumun müxtəlif təbəqədən ibarət əhalisini qəbul edib.

O bu görüşdə mühüm məsələlərə toxunub.

ABŞ-ın insan haqlarından danışmağa haqqı olmadığını önə çəkən Ayətullah Seyid Əli Xamenei deyib: "İnsan haqları barəsində hər kəs danışsa da, Amerikalıların danışmağa haqqı yoxdur. Çünki, ABŞ dövləti dünyada insan haqlarının ən böyük pozucusudur."

O daha sonra Fələstin, Qəzza embarqosuna işarə edərək sözlərini belə davam edib: "Bütün bunlar onlar tərəfindən cinayət və insan haqlarının pozulması deməkdir."

Ayətullah Xamenei ABŞ-ın Quantanamo həbsxanası və Pakistan, Əfqanıstanda pilotsuz təyyarələrin hücumuna da toxunub: " ABŞ-ın pilotsuz təyyarələrinin Pakistan və Əfqanıstan xalqlarını hədəfə alması, onların dünyada hələ bilinməyən müxtəlif növlü cinayət metodları və minlərlə digər cinayətləri ABŞ-ın anti-bəşər mahiyyətini tam çılpaqlığı ilə ortaya qoyur."

İranın Ali Dini lideri nüvə müzakirələrinə də toxunub: "İranın Qərb ilə müzakirəsi sanksiyalara görə deyil. İran İslam Respublikası öz məsləhətini əsas götürərək, nə zaman lazım bilərsə müzakirə edəcək. Son müzakirələrdə də bir daha ABŞ-ın İran və İslam ilə düşmənçiliyi habelə, Amerikanın İran qarşısındakı acizliyi bütün dünyaya aydın oldu. Biz bundan öncə də bildirmişdik ki, İran İslam Respublikası quruluşu məsləhət bildiyi müəyyən mövzularda bu şeytan(Amerika) ilə onun şərrini dəf etmək və problemi aradan qaldırmaq üçün, müzakirə edəcək."

Ayətullah Xamenei keçmişə ibrət gözü ilə baxıb, onun güclü və zəif nöqtələrindən dərs almağın zəruriliyinə işarə edərək deyib: "Heç kəs belə bir yanlış düşüncəyə qapılmamalıdır ki, İran İslam İnqilabının düşmənləri bu gün öz düşmənçiliklərindən əl çəkiblər. Çünki, hər bir düşmən geri çəkilməyə məcbur ola bilər. Amma, düşmənin təbəssümünü ciddi qəbul edib, ona aldanmaq olma





  • Yazılıb
  • da (də) 2014 Jan 10