Bu gün "Soyqırım və Terror əleyhdarları" QHT Koalisiyası "Xocalı soyqırımı" ilə bağlı tədbir keçirib
Bu gün "Soyqırım və Terror əleyhdarları" QHT Koalisiyası "Xocalı soyqırımı" ilə bağlı tədbir keçirib
İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, tədbirdə Soyqırım və Terror əleyhidarları QHT Koalisiyasının sədri Faiq İsmayılov, Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirov, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas, Xocalı Soyqırımını Tanıtma ictimai birliyinin sədri Şamil Sabiroğlu, Vahid Millət Dövlətçiliyə Dəstək İctimai Birliyinin departament rəhbəri Babək Cəfərov, Mahmudova Sabirə (Qarabağın Həcəri), Qürur şəhid ailələr xeyriyyə ictimai birliyi Naibə Behbudova, jurnalist Mirzağa Məmmədov və digər Qarabağda döyüşən veteranlar və şəhid ailə üzvləri iştirak ediblər.
Tədbirdə İran İslam Respublikası Dövlət Radio Televiziyasının Bakı nümayəndəliyinin müdiri Əhməd Kazeminin təşəbbüsü ilə ekranlaşdırılan “Xocalı faciəsi” sənədli filmi nümayiş olunub.
Tədbirdə ilk olaraq Soyqırım və Terror əleyhidarları QHT Koalisiyasının sədri Faiq İsmayılov çıxış edib. O, iştirak edənləri salamladıqdan sonra, İran İslam Respublikasında, İran İslam Dövlət Radio və Televiziyası Bakı Nümayəndəliyinin təşəbbüsüylə ekranlaşdırılan və nümayiş olunan “Xocalı Faciəsi” sənədli filmini təqdirə laiq, müsbət hal kimi qiymətləndirib:
“Qarabağ həqiqətlərinin, Xocalı faciəsinin dünyaya çatdırılmasında fəaliyyət göstərən hər kəsə təşəkkürümü bildirirəm. Biz kolaisiyamızın adından iki diplom təsis etmişik. Diplomların biri İran İslam Dövlət Radio və Televiziyası Bakı Nümayəndəliyinin müdiri cənab Əhməd Kazemiyə, 2012-ci ildə ekranlaşdırdığı “Xocalı Faciəsi” sənədli filmini nümayişinə görə təqdim edirik. Ümid edirik gələcəkdə görüşlərimiz, əməkdaşlığımız ola bilər. Şəxsi minnətdarlığımızı çatdırasınız. İkinci diplom həmin şikətin azərbaycanlı müxbiri Mirzağa Məmmədova təqdim edirik. Onunda cəhdləri bəhrə verdiki İran kimi böyük dövlətdə bizim Xocalı faciəmizə aid film nümayiş olundu. Bu filmdə ziyallılar, deputatlarımız, QHT sədrlərimiz, hökumət və müxalifət nümayəndələri çıxış ediblər. Mən sözümü yekunlaşdıraraq, Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirova söz verirəm.”

Vüqar Qədirov çıxışı zamanı bildirdi ki, “Bizi daim düşündürən, bütün islam dövlətləri Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırmaqda yanımızda olmalıdırlar, dəstək olmalıdılar. Etiraf edək ki, biz İran İslam Respublikasının bəzən Ermənistana dəstək olmasının şahidi olmuşuq. Amma İran İslam Respublikasının dövlət televiziyasında belə bir filmin nümayişi bizim tərəfdən alqışlanır. İran elə bir dövlətdiki burda təsadüfü heçnə baş vermir, dövlətin nəzarətiylə baş verir. Bu onu göstərir ki İran dövləti öz əqidə qardaşlarına, din qardaşlarına isti münasibət göstərməyə başlayıb. Bu filmə görə təşəkkür edirəm. İnanıram ki, bu sahədə fəaliyyətləri davam edəcək.
Sonra Şamil Sabiroğlu çıxış etdi: ”Bu filmdə məndə danışmışam. Xocalı ermənilər tərəfindən 20-ci əsrdə 3 dəfə yandırılıb. Bu baxımdan bu filmin çəkilməsi əhəmiyyətlidir. İnşallah bundan daha geniş filmlər ekranlaşdırılsın. Bizdə bu yaxşılıqları unutmayaq . Sağ olun.”
Daha sonra jurnalist Mirzağa Məmmədov nümayəndəlik adından danışdı: “Bizim nümayəndəlik 20 ildi Bakıda fəliyyət göstərir. Bir il ərzində Qarabağ faciəsiylə bağlı 30 reportaj hazırlamışıq. Mən İlyas İsmayılovdan müsahibə alanda, Qarabağın azadlığını nədə görürsünüz soruşduqda, O, bunun üçün istək olmalıdırd deyə bildirdi. Nə ATƏT, nə ABŞ nədə başqa dövlətlər. İstək varsa Qarabağ torpağı öz gücümüzlə azad olacaq. Tarixdə erməni-müsəlman davası gedib. Cəfər Cabbarlının 1905-ci il əsərində erməni-müsəlman davasından söz gedir. Dünyada yəhudi və erməni xalqı imperializmin qanadları sayılır bunlar. Bu iki xalqdan hər zaman dünya imperializmi istifadə edib. İran mediasında Qarabağ mövzusu hər zaman gündəmdədir. Həmçinin Fələstin məsələsi İran mediasın gündəmindədir.”
Tədbirdə digər iştirakçılarda çıxışlar edib, təkliflər səsləndiriblər.