Tarix : 2014 Jan 11
Kod 41638

Qəhrəmanlar unudulmur

10 yanvar Milli Qəhrəmanlar Muxtar Qazımov və Eldar Məmmədovun və 11 yanvar Milli Qəhrəman Mirzə Quliyevin doğum günüdür
10 yanvar Milli Qəhrəmanlar Muxtar Qazımov və Eldar Məmmədovun doğum günüdür.
Muxtar Cahid oğlu Qasımov 1958-ci il yanvarın 10-da Beyləqan rayonu Kəbirli kəndində anadan olub, uşaq axtı ailəsi ilə birlikdə ata-baba yurdları Ağdama köçüb. O, Xankəndində həkim kimi çalışıb, müharibə başlayandan Ağdam hərbi hospitalında xidmət edib, Naxçıvanik, Aranzəmin, Pircamal, Ağbulaq döyüşlərində hərbi həkim kimi iştirak edib, 1992-ci il iyunun 16-da Naxçıvanik kəndi uğrunda gedən döyüşdə qəhrəmanlıqla həlak olub. 1993-cü il fevralın 5-də Milli Qəhrəman adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

 
Eldar Harun oğlu Məmmədov 1968-ci il yanvarın 10-da Bakı şəhərində anadan olub. O, Bakıda C.Naxçıvanski adına Hərbi Məktəbi, Riqada Ali Hərbi-Siyasi Məktəbi bitirib, SSRİ-nin müxtəlif yerlərində xidmət edib, Qarabağ müharibəsi başlayanda baş leytenant Vətənə qayıdıb, Ağdərə, istiqamətində sücaətlə vuruşub, 1993-cü il fevralın 24-də Kasapet uğrunda döyüşdə düşmənin əsas zərbəsini öz üzərinə götürüb, əsgərlərinin mühasirəyə düşməsinə imkan verməyib, təkbaşına düşmənin xeyli canlı qüvvəsini məhv edib və qəhrəmanlıqla həlak olub. 1994-cü ildekabrın 11-də Milli Qəhrəman adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.


11 yanvar Milli Qəhrəman Mirzə Quliyevin doğum günüdür. Mirzə Məcid oğlu Quliyev 1974-cü il yanvarın 11-də Bərdə rayonu Saatlı kəndində anadan olub. O, 1992-ci ildən Sədərək, Batabat, Ağdam, Füzuli, Tərtər, Ağdərə istiqamətlərində rəşadətlə vuruşub, PDM-lə düşmənin bir neçə tankını və çoxlu sayda canlı qüvvəsini məhv edib. 1995-ci il aprelin 4-də Milli Qəhrəman adına layiq görülüb. Hazırda kapitan rütbəsində Bakı şəhəri Nəsimi rayon polis idarəsində cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır.
  • Yazılıb
  • da (də) 2014 Jan 11