Tarix : 2014 Jan 13
Kod 41660

Yaxşı vəhdətdə olmaq müsəlmanlara hansı müsbət təsirləri göstərə bilər?

“Həqiqətən, möminlər qardaşdırlar!” (Hucurat surəsi ayə 10)
Bəşəriyyətə xilaskar olaraq göndərilən əziz peyğəmbərimiz Həzrəti Məhəmmədin (s) mövludu münasibətilə vəhdət həftəsinə qədəm qoyuruq. Vəhdət həftəsi öz-özlüyündə qardaşlığın və mehribançılığın təzahür etdiyi mübarək günlərdir. Dünyada yaşayan həm şiə, həmdə sünni məzhəbindən olan islam alimləri müsəlmanlar arasında vəhdətin daha möhkəm olması üçün tez-tez çağırışlar edirlər.

Yaxşı vəhdətdə olmaq müsəlmanlara hansı müsbət təsirləri göstərə bilər?

Bildiyiniz kimi, bu gün dünyanın müxtəlif bölgələrində yaşayan müsəlmanlar haqsızlıqlara məruz qalır. Birmada yaşayan Myanmalı müsəlmanlara buddistlərin qəddarlığı, Fələstindəki müsəlmanlara sionist İsrail rejiminin etdiyi vəhşiliklər, İraqda baş verən məzhəblərarası qarşıdurmalar və vəhhabi virusu bu gün İslam dünyasına vurulan ən böyük zərbələrdən biridir.

Müsəlmanların fitnələrdən uzaq olması və düşmən qarşısında məğlub olmaması üçün şübhəsiz müsəlmanların vəhdəti mütləq lazımdır. Unutmayaq ki, dünyaya gəlişi ilə sevgini, şəfqəti, qardaşlıq və birliyi özü ilə gətirən aləmlərə rəhmət Peyğəmbərimiz (s) öz mövlud günü ilə ümmətinin birlik və qardaşlığına səbəb olmuşdur.

Düzdür şiə və sünni müsəlmanlar arasında hər hansı fikir ayrılığı ola bilər. Amma bunlar düşmənin məzhəb qarşıdurması fitnəsi getməyimizə heç bir halda bəhanə sayıla bilməz. Sevindirici haldır ki, böyük İslam mütəfəkkirləri müsəlmanlar arasında vəhdətin zəruri olması ilə bağlı bir çox addımlar atmışdır.

Məsələn böyük İslam alimi Ayətullah Seyid Əli Sistani İraqda baş verən məzhəb fitnələri zamanı belə bir açıqlama vermişdi: “Sünnilər bizim qardaşlarımız deyil, özümüz və canımızdır”.

Bu gün Azərbaycan cəmiyyətində vəhdət yaratmaq mütləq şəkildə hər bir kəsin vəzifəsi olmalıdır.

Zindanda olan, 11 il həbs cəzası almış mübariz ruhanimiz Hacı Abgül Süleymanovun vəhdətlə bağlı dəfələrlə möminlərə çağırışlar edib. Hacı Abgül Süleymanov may ayının 8-i 2013-cü il tarixində 13 CÇM göndərdiyi məktubunda möminlərə belə səslənirdi: "İmanlı möminlər üçün mehvər Allah, Peyğəmbər, Əhli-Beyt və haqq əhli olmalıdır. Möminlərə lazımdır ki, bütün işlərdə bir-birləri ilə həmahəng olsunlar və təfriqədən çəkinsinlər. Tainki, öz ali olan hədəflərinə çatsınlar. Vəhdət yalnız və yalnız haqq deyənlərin ətrafında yaranmalıdır. Əksi yol verilməzdir. Bütün möminlərin oyanışı üçün müttəqilərin və müvəhhidlərin imamı Həzrət Əlidən (ə) bir mübarək hədisi siz möminlərə təbərrük olaraq yazıb yollayıram. İnanıram ki, haqq istəyənlər üçün bu hədis kifayət edər. Haqq sevməyənə isə min hədis də desən fayda verməz. Həzrəti Əlidən (ə) vəhdət və təfriqə haqda sual olundu. Ağa buyurdu: "Allaha and olsun ki, vəhdətdən murad, haqq əhli ilə birəşməkdədir. Baxmayaraq ki, onların sayı azdı. Həmçinin təfriqədən də murad, batil əhlinin ətrafında cəm olmaqdır. Baxmayaraq ki, onların sayı çoxdur".

Hacının məktubundan sonra, yazımın sonunda qeyd etmək istəyirəm ki, mübarək vəhdət həftəsində küsülü mömin qardaş və bacılarımız barışmalı, şiə və sünni müsəlmanlar arasında mehribançılıq dahada möhkəmlənməlidir.

Mübarək mövlud münasibətilə başda İmam Zaman (ə.f) və Naibləri olmaqla dünya müsəlmanlarını təbrik edirəm.
  • Yazılıb
  • da (də) 2014 Jan 13