Tarix : 2014 Jan 14
Kod 41667

Ağ Ev Rusiya və İran arasında bağlanacaq mübadilə sazişinin əleyhinədir

ABŞ administrasiyası Rusiya və İran arasında mübadilə sazişinin bağlanması haqqında yayılan məlumatlardan narahatlığını ifadə edib
İTAR-TASS agentliyinin verdiyi məlumata görə, bunu Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Keytlin Heyden bəyan edib.

Onun sözlərinə görə, adıçəkilən müqavilə İran və “altılıq” ölkələri arasında olan razılaşmanın şərtləri baxımından narahatlıq doğurur. Bu səbəbdən, Heyden Ag Evin sanksiyalara əl atacağını də istisna etmir.

Xatırladaq ki, Qərb mətbuatında İranla və Rusiya ərzaq əvəzinə neft mübadiləsi ətrafında danışıqlar apardıqları haqqında məlumatlar yayılıb. Moskva Tehrandan gündə 500 min barrel neft alacaq, əvəzində İrana Rusiya malları və ərzaq göndəriləcək. Razılaşmanın məbləğinin ayda 1,5 milyard dollar təşkil etdiyi iddia olunur./apa/
  • Yazılıb
  • da (də) 2014 Jan 14