Tarix : 2014 Jan 15
Kod 41684

İnquşetiyanın daxili işlər naziri mülki vətəndaşları qətlə yetirib

İnquşetiyada aprel ayında baş vermiş hadisəylə bağlı şok video üzə çıxıb
Arannews-ın İnquşetiya mediasına istinadən verdiyi xəbərə görə, 2012-ci ilin aprel ayında İnquşetiya polisinin mediaya açıqladığı əməliyyatla bağlı təfərrüatlar üzə çıxıb.

İnquşetiya hüquq mühafizə orqanları bu əməliyyatda terrorçuların terror aktına hazırlandığını və polislə silahlı toqquşma zamanı öldürüldükləri xəbərini açıqlamışdı.

Lakin bir müddət əvvəl İnquşetiya mediası bu əməliyyatın təfərrüatlarıyla bağlı məlumat əldə edib və video üzə çıxarıb.

Videoda avtomobillin partadılması açıq şəkildə görünür.

Partlayışdan əvvəl isə, rus dilində "yanğın söndürənlərə deyinki hazır olsunlar" əmri də açıq aşkar eşidilir.

Kadrlarda həmçinin İnquşetiyanın daxili işlər naziri Aleksandr Trofimov da görünür.

Lakin bəzi saytlar bu İnquşetiya DİN-in "terrorçu" adlandırdıqları şəxslərin Kərpic zavodun işçiləri olan Cunaid və Şəmsəddin Qardanov olduqlarını və heç bir qruplaşma ilə əlaqəli olmadıqlarını yazıb. Versiyaya görə, sərxoş olan hüquq mühafizə orqanları əməkdaşları avtomobildəkilərin silahlı olma ehtimalı verərək onlara atəş açıblar. Daha sonra bu şəxslərin sadə vətəndaşlar olması məlum olubki, bu da polisləri cinayətin dəlillərini məhv etməyə vadar edib. Beləliklə, avtomobilə güllələnmiş Cunaid və Şəmsəddin Qardanovların cəsədləri qoyulur və maşın partladılır.
  • Yazılıb
  • da (də) 2014 Jan 15