Bakı əhalisi "Allahu Əkbər" şüarları ilə sovet hökumətinin tankları qarşısında dayandılar və öz qızıl qanları ilə etiqadlarını qorudular
AranNews - 20 yanvar Azərbaycan xalqının tarixində sovet qoşunu tərəfindən kütləvi qırğın və matəm günü kimi qeyd olunur. Lakin, bu gün bütün İslam dünyasında matəm günü elan edilməlidir.
1985-ci ildə M. Qorbaçovun hökumət başına gəlməsi ilə o vaxta qədər Azərbaycan Sovet Sosialist Respublikasının Qarabağ məntəqəsində bu ölkənin müsəlman əhalisi ilə birgə yaşayan ermənilər yaranmış fürsətdən istifadə edərək Azərbaycandan ayrılmaq və Ermənistana birləşmək iddiası etdilər. Bunun ardınca 1988-ci ildə minlərlə azərbaycanlı Ermənistandan qovuldu. Habelə, Qarabağda yaşayan ermənilər orada yaşayan azərbaycanlıları öldürməyə başladılar və zorla öz ata-baba yurdlarından çıxardılar. Azərbaycanda yaşayan ermənilər də vəziyyəti belə gördükdə müsəlmanlaqın qəzəbindən qorxaraq bu ölkəni tərk etmək məcburiyyətində qaldılar. Vəziyyəti bəhanə edən sovetin qızıl ordusu yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları tanklar, hərbi qüvvə və tamamilə müharibə vəziyyətində Bakıya girdi, müdaifəsiz, dinc əhaliyə atəş açdı, ağır faciələr yaşatdı. Gecənin əvvəlindən başlayaraq azadlıqsevər insanları qətlam etdilər. Düşmənin ağır və yüngül silahlarının səsi Bakının sükutunu pozdu. Partlayışların və topların qorxulu səsləri şəhərin ən uzaq nöqtələrində belə eşidilirdi. Əhali daş, ağac və "Allahu Əkbər" şüarları ilə sovetin qızıl ordusunun tankları qarşısında dayandılar və öz qızıl qanları ilə etiqadlarını müdafiə etdilər.
O unudulmayan qəmli gecədə təqribən 130 inqilabçı şəhid oldu, 800-dən yuxarı insan yaralandı, yüzlərlə ev dağıdıldı, maşınlar əzildi.
Azərbaycan müstəqillik qazandıqdan sonra bu günü matəm günü kimi elan etdi. Rusiya səfiri bu mərasimdə iştirak etdi və gül təqdim edərək sovet ordusunun hərəkətlərini pislədi.
Azərbaycanın tətil günləri arasında təkcə 20 yanvar matəm günü kimi qeyd edilmişdir və tətildir.
20 yanvar faciəsi və Azərbaycanın müsəlman xalqının bunun qarşısında dayanması sübut etdi ki, Lenin və Stalinin bu ölkədə dini məhv etmək siyasətləri hədər getmişdir və Azərbaycan xalqı öz dini şüarları ilə sovetin qızıl ordusunun və tanklarının qarşısında müqavimət göstərdilər.