Tarix : 2014 Jan 18
Kod 41712

Möhsün Pakayin: "Dağlıq Qarabağ münaqişəsi region ölkələrinin iştirakı ilə həll oluna bilər"

Səfir İranın və Türkiyənin münaqişə tərəflərinə problemin həllində kömək etmək məsələsində mümkün əməkdaşlığını şərh edib

Səfir İranın və Türkiyənin münaqişə tərəflərinə problemin həllində kömək etmək məsələsində mümkün əməkdaşlığını şərh edib.

İran region ölkələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində iştirakını qiymətləndirir. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

İranın və Türkiyənin münaqişə tərəflərinə problemin həllində kömək etmək məsələsində mümkün əməkdaşlığını şərh edən M.Pakayin qeyd edib ki, münaqişə region dövlətlərinin iştirakı ilə həll oluna bilər.

Azərbaycan-İran münasibətlərindən danışan səfir bildirib ki, ölkələr arasında güclü dini və mədəni əlaqələr var və bu, ikitərəfli əlaqələrin aktivləşməsində əsas amildir.

M.Pakayin deyib ki, baxışlarda bir sıra fərqlər var, lakin bu, iki ölkə arasındakı dərin əlaqələrə təsir edə bilməz".


  • Yazılıb
  • da (də) 2014 Jan 18