Tarix : 2014 Jan 18
Kod 41714

Villa, Cakuzi və buxarı Hələbdə Ömər Çeçeninin behişti

Ömər Çeçeni Hələbdə qüdrətə çatdıqdan sonra Hələb iş adamlarından birinin böyük hovuzu və təmtəraqlı ləvazimatları olan əzəmətli villasını ələ keçirib və bir müddət sonra həyat yoldaşı və kiçik övladını da gətirib ki, yeni qəsrdə onunla yaşasınlar

Ömər Çeçeni Hələbdə qüdrətə çatdıqdan sonra Hələb iş adamlarından birinin böyük hovuzu və təmtəraqlı ləvazimatları olan əzəmətli villasını ələ keçirib və bir müddət sonra həyat yoldaşı və kiçik övladını da gətirib ki, yeni qəsrdə onunla yaşasınlar.

Livanın əl-Səfir qəzeti "Hələbdə behişti tapan cihadçının dastanı" başlıqlı məqalədə "Mühacirlər və Ənsar ordusu" adlanan terrorçu qruplaşmasının komandanı Ömər Çeçeni həyat macərasını açıqlayıb: O "İraq və Şam İslam Dövləti" terrorçu qruplaşmasının sərkərdəsinə yenilərdə biət edib ki, əmrində olan qüvvələr bu qruplaşmanın bir hissəsi olsun.

Ömər Çeçeni Hələbdə qüedrətə çatdıqdan sonra Hələb iş adamlarından birinin böyük hovuzu və təmtəraqlı məişət əşyaları olan villanı ələ keçirib. Bir müddət sonra həyat yoldaşı və kiçik övladını da gətirib ki, yeni qəsrdə onunla birlikdə yaşasınlar.

Çeçeninin qüvvələri Hələbin əl-Şəqif sənaye məntəqəsində məişət avadanlıqları olan böyük bir anbarı ələ keçiriblər. Ömər Çeçeni bu fürsətdən istifadə edərək soyuducu və kondisioner kimi avadanlıqları villaya aparıb.

Villa sahibi bir müddət sonra oraya gələndə, qəfildən xarici döyüşçülərlə qarşılaşıb. Onlar ona villaya girmək, hətta yer altında olan mallarını çıxarmaq icazəsini verməyiblər. Sonunda Ömər Çeçeni onu "qəbul" edib və ondan istəyib ki, villasını "Allah yolunda və islam bayrağının yüksəlişi yolunda" hesab etsin!!

Çeçeni bu görüşdə villa sahibindən buxarının işləməməsi barəsində soruşub. Villa sahibi cavab verib ki, bu buxarı dekor üçündür və əvvəlindən işləmir.

Bildirilir ki, Çeçeni uzun müddət cakuzzidə əylənir və gündəlik öz vaxtını əsasən bu villada keçirir.

Suriyada "İraq və Şam İslam Dövləti" qruplaşması "Mühacirlər və Ənsar Ordusu" adlanan qruplaşmanın başçısı Gürcüstan əsilli Əbu Ömər Çeçenini əl-Qaidənin şimal hissəsinin komandanlığına təyin edib.

Çeçenistanda əl-Qaidə başçılarından Ömər Çeçeni yüzlərlə silahlı şəxslə birlikdə Türkiyənin təhlükəsizlik qurumunun əməkdaşlığı ilə 2013-cü ilin əvvəllərində Suriyaya daxil olub. Türkiyə təhlükəsizlik qurumu Mərkəzi Asiya respublikalarından qüvvə cəzb edərək onları Suriyanın şimalına nəql etmək üzrə çalışır.

Gürcüstan Müdafiə Nazirliyinə istinadən Ömər Çeçeninin əsil adı Tərxan Betereşvilidir. 45 yaşlı Ömər və ya Tərxan 1968-ci ildə Bankisidə Berkyani kəndində dünyaya gəlib. Ömər 2006-cı ildən 2007-ci ilə qədər Gürcüstan ordusunda məcburi hərbi xidməti keçirib.

2008-ci ildə hərbi xidmətini sona çatdırdıqdan sonra Rusiya və Gürcüstan arasındakı münaqişəli bölgə olan Abxaziyada Gürcüstan ordusuna qoşulub. Tərxan 2008-ci ildə Rusiyaya qarşı Gürcüstan ordusu qüvvələrində iştirak edib və rütbəsi yüksəlib. 2010-cu ilin iyun ayında vərəm xəstəliyi səbəbindən ordudan ayrılıb.

Ömər həmin ilin sentyabrında silah qaçaqçılığı ittihamı ilə 3 il həbsə məhkum olunub. Lakin xəstəliyinə görə həbs müddəti başa çatmamışdan öncə azad edilib.

Bankisi dərəsinin 15 min əhalisi var və buna görə, Ömər Çeçenini hamı tanıyır və deyirlər ki, o ilk öncə Türkiyəyə, sonra isə Suriyaya gedib, hərbi təlimindən istifadə edərək Suriyada silahlı döyüşçülərin batalyon komandanlığını üzərinə götürüb.

 

 


  • Yazılıb
  • da (də) 2014 Jan 18