Tarix : 2014 Jan 20
Kod 41718

“Bu, cinayətkarı gizlətməkdir”

Özünü yandıran Qarabağ qazisinin atası Səttar Mehbalıyevin «Edis Group» oyununa cavab verdi
Dekabrın 25-də Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının (AHIK) qarşısında özünü yandıran və daha sonra xəstəxanada dünyasını dəyişən Qarabağ qazisi Zaur Həsənovu faciəli olayının səbəbləri ilə bağlı iddialar yayılıb. Mediada 20 aprel 2008-ci ildə “EDIS GROUP” MMC-nin prezidenti Məmmədov Samir Arif oğlu ilə fərdi şəxs Həsənov Zaur Həsən oğlu arasında bağlanmış müqavilənin surəti dərc olunub.

Müqavilədə göstərilir ki, Həsənov Z.H adına verilmiş Bibiheybət bələdiyyəsinin 25 saylı sərəncamına əsasən, 70 kvadratmetr torpaq sahəsinin qabaqcadan pul almaq şərti ilə “EDIS GROUP” MMC-yə 5 illik müddətinə icarəyə verilir. Şirkət 5 il müddətinə öz işçiləri üçün “Ailəvi istirahət və iaşə mərkəzi” yaradır, bu mərkəzə rəhbərlik Həsənov Z.H-a tapşırılır.

Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyası (AHIK) özünə qəsd edən Qarabağ əlili Zaur Həsənovla bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, əlindən alındığına görə Zaurun özünü yandırdığı kafe, əslində, ona məxsus deyilmiş və həmin obyektə çəkilən xərclərin də Həsənova dəxli olmayıb.

AHIK bildirib ki, Bibiheybət qəsəbəsi, “Şıx” sanatoriyasının ərazisində yerləşən çayxananın faktik sahibi “Edis Group” şirkəti olub. Şirkət Ali Məhkəmənin Plenumuna kasasiya şikayəti verərkən çayxananın həmin şirkətin balansında olması haqqında məhkəməyə sənədlər də təqdim edib. O da qeyd edilib ki, 70 kv.m. torpaq sahəsi Zaur Həsənova 10 illik istifadəyə verilib. Əlavə kasasiya şikayətində göstərilənlərdən bu nəticə çıxır ki, çəkilən xərclərin Həsənova heç bir aidiyyəti olmayıb.

Z.Həsənovun atası Həsən Həsənov isə “Bizim Yol”a açıqlamasında bu məlumatı təkzib edib: “Zaur həmin kafeni 1994-ci ildən işlədirdi. O zaman elə bir şirkət yox idi ki, müqavilə də olsun. ”Edis Group" şirkəti keçmiş müdafiə naziri Səfər Əbiyevə məxsusdur. Sonra, guya Zaur Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının qarşısına Səfər Əbiyevin adamlarına məxus olduğu deyilən maşında gətirilib. Zaur 3 uşağı ilə birlikdə “214" nömrəli maşrutla gəlib Konfederasiyanın qarşısına. Bu məlumatların yayılması Zaurun intiharına səbəbkar olan şəxsi arxa plana keçirməkdir. Cinayətkarı gizlətməkdir”.
  • Yazılıb
  • da (də) 2014 Jan 20