Rəbiül-əvvəl ayının 17-i, miladi yanvar ayının 19-u İslam Peyğəmbəri və İmam Sadiqin mübarək mövludları münasibətilə tədbirlər keçirilib
Bu mübarək mövludu günləri ilə əlaqədar ölkəmizin müxtəlif bölgələrində bayram tədbiri təşkil olunmuşdur. Bu silsilə tədbirlərdən biridə Nardaran qəsəbəsi "İmam Hüseyn" meydanında təşkil olunmuşdu.Tədbir Nardaran qəsəbəsinin mərkəzində - İmam Hüseyn (ə) adına meydanda qəsəbə sakinlərinin və qonşu qəsəbədən gəlmiş qonaqların iştirakı ilə baş tutub.
Bayram tədbiri Qurani- Kərimin tilavəti ilə başlamış,daha sonra Nardaran qəsəbəsinin alimlərinin,ilahiyyatçıların,ağsaqqallarının söhbətləri ilə davam etmışdir.Tədbirdə İlahiyyatçı alimlərimiz Nardaran qəsəbəsinin axundları Hüccətul islam vəl müslimin Hacı Musa Rza, ilahihiyyatçı alim ,Hüccətul islam vəl müslimin Hacı Əli Nur, Nardaran Rəhimə xanım (s.ə) ziyarətgahının imam camaatı, ilahiyyatçı alim Hüccətul islam vəl müslimin Hacı Şeyx Fədai iştirak edərək bu mübarək mövlud günü və "Vəhdət həftəsi" ilə bağlı gözəl moizələr etdilər.Həmçinin qəsəbə ağsaqqalları keçmiş "AİP" sədri Hacı Hacıağa Nuri və mübariz insan Hacı Əli bayram məclisində çıxış edərək və öz təbriklərini çatdırdılar.Bayram tədbirində Əhli-beyt məddahları qrupunun üzvləri Kərbəlayi Zahid, Məşhədi Muhəmməd və Məşhədi Kamran və qəsəbə sakini Məşhədi Səməd də iştirak edərək bu mübarək bayram haqqında gözəl ilahilər,şerlər,qəzəllər ifa etdilər.Bayram tədbiri iştirakçılar üçün təşkil edilmiş ehsan süfrəsinin verilməsi ilə başa çatmışdır.
Nardaran qəsəbəsi Hacı Qulaməli məsciidində də belə bayram tədbiri təşkil edilib. Bayram tədbiri axşam namazının qılınmasından sonra başlanıb. Bayram tədbiri ilahiyyatçı alim, Nardaran Rəhimə Xanım Ziyarətgahının imam-cüməsi, axundu Hüccətul islam vəl müslimin Şeyx Fədainin gözəl moizəsi ilə başlamışdı. Şeyx öz moizəsində ilk öncə bu gözəl bayram munasibəti ilə başda İmam Zaman Ağamız olmaqla,bütün dünya müsəlmanlarının bayramını təbrik etdi.Daha sonra mövzuya başlayan Hacı, Həzrəti Peyğəmbərimiz (s) və Həzrəti Cəfəri Sadiqin (ə) həyatı haqqında mərasim iştirakçılarına qisaca məlumat verərək,Quran və Namaz haqqında tədbir iştirakçılarına qiymətli məlumatlar verdi.Hacı çıxışını bitirdikdən sonra,bayram mərasimi Əziz Peyğəmbərimizin (s) və Həzrəti Cəfəri Sadiqin (ə) haqqında söylənilən gözəl ilahilərlə, şerlərlə, qəzəl və qəsidələrlə davam etdi.İlk öncə Rövzəxan Məşhədi Səməd Əhli-Beyt (ə)-ları mədh edən gözəl qəsidələr söyləyərək mövlud mərasimini dahada rəngarəng etdi.Bayram tədbirinin sonunda iştirakçılar üçün geniş ehsan süfrəsi də təşkil edilmişdir.Mərasim duaların oxunuşu ilə yekunlaşdı







