Tarix : 2014 Jan 21
Kod 41739

20 Yanvar: "Unudulmayan" faciə

Sovet İttifaqının və "Qızıl Ordu"nun Azərbaycan Respublikasının müsəlman xalqına qarşı rəhimsizliyi və amansızlığının səbəblərini araşdırdıqda müxtəlif fikirlər səsləndirilir

Sovet İttifaqının sonlarında bu "Qırmızı İmperatorluğun" istilası altında olan respublikalarda xalqların ayağa qalxdığı və 70 il dözdükləri zülmlərə etiraz etdikləri zaman, bəlkə də çox az adam bu azadlıq qiyamında ən ağır zərbənin Azərbaycan Respublikası xalqına dəyəcəyini təsəvvür edərdi.

Xalq etirazlarına reaksiya olaraq, Sovet İttifaqının "Qızıl Ordu"su bir neçə respublikanın paytaxtında yerləşdirildi. Lakin, onların heç birində Bakıda olduğu kimi 20 Yanvar faciəsinə imza atmadı. Səbəb nə idi? Nə üçün Azərbaycan Respublikasının müsəlman əhalisi ilə bu qədər kəskin formada və amansızcasına davranıldı?

Sovet İttifaqının və "Qızıl Ordu"nun Azərbaycan Respublikasının müsəlman xalqına qarşı rəhimsizliyi və amansızlığının səbəblərini araşdırdıqda müxtəlif fikirlər səsləndirilir. Lakin, bu amansızlığın ən mühüm amili, Azərbaycan Respublikası xalqının müsəlman və şiə olması idi.

Elə o zaman, Sovet İttifaqının sonuncu rəhbəri Mixail Sergeyeviç Qorbaçov "Qızıl Ordu"nun bu vəhşiliyini əsaslandırmaq üçün Azərbaycan Respublikasının müsəlman xalqının fundamentalizmdə ittiham etdi. Amerikanın o zamankı prezidenti 1-ci Corc Buş yəni, Əfqanıstan və İraqa qarşı vəhşicəsinə hücumları ilə yadda qalan Corc Buşun atası Sovet İttifaqı rəhbərliyinin bu ittihamı ilə razılaşaraq, Azərbaycan Respublikasının müsəlman xalqına qarşı törədilən 20 Yanvar faciəsinə asanlıqla göz yumdu. Beləliklə də, Amerika və Qərb, dünyanın 2-ci şiə ölkəsinə qarşı bu vəhşiliyə öz razılığını ifadə etmiş oldu.

Azərbaycan Respublikasının müsəlman xalqı həqiqətdə ona görə qırğın edildi ki, allahsızlıq rejiminin 70 illik istilasına baxmayaraq, öz islami və şiə mahiyyətini qoruyub saxlamışdı.

20 Yanvar faciəsindən bir il öncə Azərbaycan Respublikasının müsəlman xalqı Aşura Məktəbindən, Kərbəla Qiyamından ülgü götürərək, allahsız Sovet İttifaqının sərhədlərini yardılar və İslami İranın ərazilərinə daxil oldular. Bu isə Kommunist rejiminin Moskvada oturan rəhbərləri üçün heç bir vəchlə qəbul ediləsi deyildi.

Qərb də "Allahu Əkbər" şüarı verən və İran ilə islami qardaşlığına təkid edən bir xalqdan razı ola bilməzdi. Elə buna görə də, Qərb və Sovet İttifaqı bu məsələdə həmrəy və əlbir olaraq, Azərbaycan Respublikasının müsəlman xalqını Bakıda qırğın etdilər. Beləliklə də bu xalqın məzlumluğu bir daha tarixin səhifələrində öz əksini tapdı. Bunun müqabilində, o zaman Sovet İttifaqının bu hərəkətinə etiraz edən, 1990-cı ilin 20 yanvarında Azərbaycan Respublikasının müsəlman xalqının qırğın edilməsinə etiraz edən yeganə ölkə İran İslam Respublikası oldu.

İndi, 20 Yanvar faciəsindən 20 ildən çox bir zamanın keçdiyi bir şəraitdə, Azərbaycan Respublikasının müsəlman xalqının öz islami kimliyinə təkid etməsinə görə, qırğın edilməsinin əsas səbəblərini dərk etmək daha da asanlaşıb.

Aydın məsələdir ki, bu gün dünyaya hakim kəsilmiş anti-islam cərəyanlar Azərbaycan Respublikasının müsəlman xalqının islami kimliyinə qarşı xüsusi mübarizə cəbhəsi yaradıblar.

Əgər o zaman kommunizm rejimi Azərbaycan Respublikasının müsəlman xalqını İslam Fundamentalizmi ilə mübarizə adı altında öz qanına qəltan etmişdisə, bu gün də təhlükəli sionizm cərəyanı, Qərb və Amerika əl-ələ verərək, Bakıda "Avroviziya" mahnı müsabiqəsi və "Gay-Parad" kimi bayağı tədbirlər həyata keçirməklə, bu diyarı öz həqiqi kimliyindən və mahiyyətindən uzaqlaşdırsınlar, 20 Yanvar faciəsindən daha dəhşətli faciələr yaratsınlar.

Əgər Sovet İttifaqı zamanı dərsliklər, filmlər və teatrlar anti-İslam düşüncələrlə dolu idisə, alimlər və ruhaniləri hədəfə almışdısa, bu gün də Azərbaycan Respublikası telekanalları, qərbyönlü filmlər və teleseriallar həmin siyasəti davam etdirirlər.

Əgər, Sovet İttifaqı zamanı allahsız kommunist rejimi Azərbaycan Respublikasının müsəlman xalqının azadlığa doğru hərəkətini 20 Yanvarda amansızcasına yatırdırdısa, bu gün də islamçıların və hicab müdafiəçilərinin, Azərbaycan Respublikası xalqının iffəti və ismətinin tərəfdarları amansızcasına yatırdılır. Dəyişən yalnız hadisələrin zahiri formasıdır. Mahiyyət isə eyni olaraq qalmaqdadır: Azərbaycan xalqının islami və şiə kimliyi və mahiyyəti ilə mübarizə.

Əgər, o zamanlar bu diyarın xalqını kommunist ideyalarının təbliğ edilməsi yolu ilə öz həqiqi mahiyyətindən uzaqlaşdırmağa çalışırdılarsa, bu gün də Qərb və Sionizmin metodlarından istifadə yolu ilə elə həmin yolu davam etdirirlər. Belə ki, son dərəcə rüsvayçı "Gay-Parada" zəmin yaradan bayağı "Avroviziya" mahnı müsabiqəsinin keçirilməsi Azərbaycan Respublikası üçün bir müvəffəqiyyət və uğur kimi qələmə verilir. Qarabağın işğalı faciəsi isə ikinci dərəcəli bir məsələ kimi diqqətlərdən kənarlaşdırılır. Hətta, Azərbaycan Respublikası hökumətinin daxilində yayılan bəzi xəbərlərə görə, Azərbaycan Respublikası cari ildə "Avroviziya-2012" mahnı müsabiqəsinə hazırlaşdığı üçün, Bakı rəsmiləri öz qərbli və sionist müşavirlərinin tövsiyələri əsasında hətta, 20 Yanvar faciəsinin xatirəsinin anılması məsələsində də "həddi aşmamaq" qərarına gəliblər.

 


  • Yazılıb
  • da (də) 2014 Jan 21