Azərbaycanda əsgər özünü güllələyib. Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb
Azərbaycanda əsgər özünü güllələyib. Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin əsgəri, 19 yaşlı Röyal Ramiz oğlu Hüseynov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.
R. Hüseynov 2013-cü ilin oktyabrında Gəncə şəhərindən hərbi xidmətə çağırılıb.
2013cü ildə Azərbaycan Respublikasının təhlükəsizlik və müdafiə sektoru 79 itki verib. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına əsasən, 2013-cü ildə 10-u döyüş, 69-u qeyri-döyüş itkisidir.
Ermənistan Silahlı Qüvvələrində 2013-cü ildə 31 hərbi qulluqçunu itirib.