Bu barədə Deyerler.org-a Milli Şuranın mətbuat katib Oqtay Güləliyev deyib
Bu gün Milli Şuranın Koordinasiya Şurasının iclası keçiriləcək. Bu barədə Deyerler.org-a Milli Şuranın mətbuat katib Oqtay Güləliyev deyib.
O qeyd edib ki, görüş günorta saatlarında keçiriləcək: “Görüş barəsində mətbuata məlumat veriləcək. Görüş qapalı keçirildiyindən mətbuatın iştirakı nəzərdə tutulmayıb. İclasdan sonra bu barədə qərar verib mətbuata açıqlayacağıq”.
Məlumata görə, Bu dəqiqələrdə toplantı gedir və musavat.com-a verilən məlumata görə, iclasda KXCP sədri Mirmahmud Mirəlioğlu qurumun adının dəyişdirilməsi təklifi ilə çıxış edəcək. Məlumata görə, EL Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev toplantıda professor, istiqlalçı deputat Hacıbaba Əzimovun onun və Mehdibəy Səfərovun barəsində səsləndirdiyi ardıcıl ittihamlara Şura rəhbərliyi tərəfindən münasibət bildirilməsi məsələsini qaldıracaq.