Tarix : 2014 Jan 23
Kod 41754

Medvedev: "Soçi olimpiadası üçün 50 milyard dollar xərcləmişik"

Soçinin inkişaf etdirilməsi əlavə 500 min yeni iş yerinin açılması ilə nəticələnib
Arannews-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın baş naziri Dmitri Medvedev Soçi şəhərində Qış Olimpiya Oyunlarının təşkilinə 50 milyard dollar xərcləndiyini açıqlayıb. Dmitri Medvedev "CNN" telekanalına müsahibəsində bildirib ki, xərclənən maliyyənin 6,4 milyardı olimpiya şəhərcəyinin inşaasına, qalanı isə regionun infrastrukturuna sərf olunub.

Rusiyanın hökumət rəhbəri mövzu ilə bağlı daha sonra deyib: "Soçinin inkişaf etdirilməsi əlavə 500 min yeni iş yerinin açılması ilə nəticələnib. Bu isə regionda yaşayan əhali üçün həddən artıq əhəmiyyət kəsb edir. Hələ mən Soçidə inşa olunan yeni obyekt, körpü, tunel, dəmir yolu və su kəmərlərinin əhali üçün vacibliyindən danışmıram. Bu səbəbdən xərclənən pullar hədər yerə deyil, yeni bir regionun hazırlanmasına səbəb olub."
  • Yazılıb
  • da (də) 2014 Jan 23