Tarix : 2014 Jan 23
Kod 41756

Seyid Fəramiz Abbasovun həbsindən 3 il keçdi

AİP üzvləri və onlarla digər ruhanilərin həbsindən bir neçə gün sonra Masallının çox nüfuzlu seyid ruhanisi də həbs edilmişdi
Arannews.com xəbər verirki, o gündən artıq 3 il ötüb.

23 yanvarda Fəramiz Abbasov yas məclisindən həbs edilərək evinə gətirilir, sonra isə ittihamlar və 11 il ...

Seyid Fəramizin üzünə duranların aqibəti haqda ölkə mətbuatı kifayət qədər məlumat yaydı...

Masallı dindarlarının bildirdiklərinə görə, seyidin üzünə duranlardan biri yol qəzasında öldü, digəri həbs edildi, məktəb direktoru isə dəli olaraq küçələrə düşdü...

...Artıq, nəinki cənub bölgəsi hətta bütün Azərbaycan, ölkə xaricində də seyid Fəramizin söhbətləri və hicab qadağasına sərt dillə etiraz etməsi səbəb olduğunu bilirlər.

Seyid Fəramiz digər məhbus ruhanilər kimi dillər əzbəri olmaqla yanaşı onunla bağlı şeirlər də yazılmaqdadır.

Bu şeirdən birini ilahiyyatçı şair İlqar Kamilin 3 il əvvəl yazdığı şeirini sizin diqqətinizə çatdırırıq:

Zindan...

Məni zindanlamı qorxudursunuz?

onsuz da bu dünya zindandı mənə.

Həqiqət uğrunda məhkumamsa mən,

o zindan ən gözəl ünvandı mənə!

Tutaq ki, həyatdan sildiniz məni,

könüldən bəs necə siləcəksiniz?

Məhkum ola - ola hakim də mənəm,

gec ya tez siz bunu biləcəksiniz!

Dediyim sözlərin nöktəsi də düz,

təkzib eləməyçün vergül də yoxum.

Onları birbə bir yaşamışam mən,

necə səhv eləyim, necə karıxım?

Zindanlar dilimi susdura bilməz,

gəzdirin Zindandan zindana məni!

Məndən kölə olmaz,

Allahınam mən, öldürün, qərq edin al qana məni!

Filankəs düz on il yatdı, deyirlər,

Mənsə zindanda da yatan deyiləm.

“Haqq” adlı bir ətək daş toplamışam,

Ölsəm də onları atan deyiləm!

  • Yazılıb
  • da (də) 2014 Jan 23