Tarix : 2014 Jan 24
Kod 41761

Azərbaycan müstəntiqlərinin İran vətəndaşını etiraf etməyə məcbur etmək üçün qeyri-əxlaqi üsulları

Bəhram Feyzi İran səfirliyinin ümayəndələri iştirak etmədiyi bir məhkəmədə 15 il həbs cəzasına məhkum olundu
Bəhram Feyzinin həyat yoldaşı Aysel Feyzi, Azərbaycan müstəntiqlərinin sionist rejimnə xoş gələn etirafı almaq üçün Bəhram Feyziyə qarşı qeyri-əxlaqi istintaq üsulundan və işgəncələrdən istifadə etdiklərini bildirib.
Özü Azərbaycan vətəndaşı və iki uşaq anası olan Aysel, həyat yoldaşının günahsız olduğuna təkid edərək deyib: "Məni iki dəfə Milli Təhlükəsizlik Nazirliyinə apardılar. Bəhram günahsızdır. O, müstəntiqlərin təhdidləri nəticəsində onların dediklərini qəbul etməyə məcbur olub".
O artırıb: "Həyat yoldaşım öz günahsızlığını sübut etmək üçün 26 gün aclıq aksiyası keçirib. Bir dəfə isə ona edilən işgəncələrə dözməyərək öz damarını doğramaq məcburiyyətində qalıb və hal-hazırda onun vəziyyəti ağırdır".
Aysel Feyzi həmçinin qeyd edib ki, Azərbaycanın təhlükəsizlik orqanları onu da hədələyirmişlər və buna görə də o, ölkəni tərk etməyə məcbur olub. Bu üzdən o, ölkəmizin Xarici İşlər Nazirliyindən istəyib ki, günahsız həyat yoldaşının azadlığa çıxması üçün öz səylərinə davam etsinlər.
Təqribən 10 ay öncə Bakıda İsrail səfirliyinə hücum ittihamı ilə həbs edilən İran vətəndaşı Bəhram Feyzi gözdən pərdə asan və İran səfirliyinin nümayəndələri iştirak etmədiyi bir məhkəmədə 15 il həbs cəzasına məhkum olundu.
Azərbaycan XİN-nə dəfələrlə məktubla müraciət edilməsinə baxmayaraq, Bakı dövləti beynəlxalq qayda-qanunları pozaraq səfirlik nümayəndələrinin günahsız İran vətəndaşı ilə görüşməsinə şərait yaratmamışdır.
2 ay öncə Azərbaycan Milli Məclisinin deputatı Çingiz Qənizadə İranın Bakıdakı səfirliyinin nümayəndələrinə həbsdə olan Bəhram Feyzi ilə görüşə bir problem olmadığını, hətta İran səfiri ilə birlikdə Bəhram Feyzi ilə görüşə gedəcəyini iddia etdi.
İranın Azərbaycandakı səfiri bu birgə görüşü qəbul etdi, lakin Milli Məclisin deputatı hələ də öz sözünə əməl edə bilməyib və jurnalistlərin bu barədə suallarını cavablandırmaqdan yayınır.
Bir müddət qabaq İran səfirliyinin konsulluq məsulu Movlayi, Bəhram Feyzidən aldığı məktubun məzmununa işarə edərək bildirdi: B. Feyzi məhkəmənin siyasi olduğuna etiraz edir və aclıq aksiyası keçirir. Onun durumu yaxşı deyil və səfirliyin həkimi tərəfindən müayinəyə ehtiyacı vardır.
4 ay bundan qabaq da İran vətəndaşı olan Hüseyn Fərəci sionist rejimin qarşısından keçməsi və şübhəli hərəkətləri bəhanəsi ilə həbs edildi. O da bir ay həbsdə işgəncələrə məruz qaldı. Fərəci azadlığa buraxıldıqdan sonra bildirdi ki, o sionist rejimin səfirliyi qarşısından keçməyib və Bakının bu barədə iddiaları məhz yalan olub.
Azərbaycan Respublikası sionist rejimi qarşısında İranla düşmənçilik barədə götürdüyü öhdəliklərə əsasən, bəzi vaxtlar günahsız İran vətəndaşlarını, ya da öz vətəndaşlarını əsassız ittihamlarla həbs edir və onlara işgəncə verməklə onlardan sionist rejimin xeyrinə etiraf almağa çalışır.
  • Yazılıb
  • da (də) 2014 Jan 24