Tarix : 2014 Jan 26
Kod 41782

AİP Ədliyyə Nazirliyinə müraciət ünvanladı

Nazirdən inanclı insanların ibadətinə 14 saylı müəssisədə şərait yaradılmasına kömək istənilir
Nazirdən inanclı insanların ibadətinə 14 saylı müəssisədə şərait yaradılmasına kömək istənilir

Azərbaycan İslam Partiyası (AİP)və İslamçıların Hüquqlarının Müdafiə Komitəsi Respublika Ədliyyə Naziri Fikrət Məmmədova müraciət ünvanlayıb.

Bu barədə İnterAz-a AİP-in mətbuat xidmətindən məlumat verilib.

Müraciətdə qurumun tabeçiliyində olan Respublika Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşayan Hüseynov Seynur Şaban oğlunun namaz və ibadətlə məşğul olduğuna görə cəzalandırılması və ona qarşı kars xüsusi cəza tədbirinin tətbiq olunmasının inanclı insanlarda və istər İslam Partiyası, istərsə də İslamçıların Hüquqlarının Müdafiə Komitəsində ciddi narahatlıqlar yaratdığı qeyd olunur. Nazirdən inanclı insanların ibadətinə 14 saylı müəssisədə şərait yaradılmasına kömək istənilir.
  • Yazılıb
  • da (də) 2014 Jan 26