İclasda ciddi müzakirələr aparıldı və qərara alındı ki, komissiyaların tam formalaşması başa çatdırılmalıdır
Yanvarın 25-də Milli Şuranın komissiyalarının iclası keçirirlib. Milli Şuranın Hüquq Komissiyasının sədri Vidadi Mirkamal "Azadlıq"a bildirib ki, iclas komissiyaların yenidən qurulması, işinin təşkili və qarşıda duran vəzifələrlə bağlı olub: "İclasda ciddi müzakirələr aparıldı və qərara alındı ki, komissiyaların tam formalaşması başa çatdırılmalıdır. Eyni zamanda yaradılmayan strukturlarla bağlı müzakirə aparıldı. Belə ki, Milli Şuranın Qadınlar Komitəsi, Gənclər Komitəsi və İnsan Haqları Komitəsi hələ yaradılmayıb. Qərara alındı ki, bu istiqamətdə də fəaliyyət davam etdirilsin. Koordinasiya Şurası bununla bağlı qərar verdikdən sonra növbəti proselərə start veriləcək".