Tarix : 2014 Jan 27
Kod 41802

Azərbaycan-Türkiyə münasibətləri gərginləşir

Bakı ilə Ankara Suriya məsələsinə görə razılığa gələ bilmir
Azərbaycanlıların Türkiyə sərhədlərini aşaraq Suriyada Əsəd rejimi ilə döyüşməyə getmələri Bakı ilə Ankaranı üz-üzə gətirib. Bunun qarşısının alınması üçün Türkiyə rəhbərliyinə dəfələrlə müraciət edilsə də nəticəsi olmayıb. Hər halda Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Elsəvər Salmanlı deyib ki, məsələ ilə bağlı Türkiyənin yüksək vəzifəli şəxslərinə etiraz edilib: “Hətta Əhməd Davudoğlu Bakıda olarkən ona da lazımi qaydada bildirildi ki, Azərbaycan vətəndaşlarının Suriyaya getməsinin qarşısı alınsın”.
Azərbaycan hakimiyyətinin narahatlığı səbəbsiz deyil. Ilham Əliyev iqtidarı Türkiyə hakimiyyətindən fərqli olaraq Suriya məsələsində Bəşər Əsədin əleyhdarı kimi çıxış etmir. Bu halda azərbaycanlıların Suriyada Əsəd rejiminə qarşı döyüşməsi və bunun artıq ictimailəşməsi əlbəttə ki, Azərbaycan hakimiyyəti üçün xoş deyil. Bu baxımdan hakimiyyət Suriyaya axının qarşısının almağa cəhdlər göstərir. Lakin Ərdoğan hakimiyyəti fərqli mövqe sərgilədiyinə görə Azərbaycan hakimiyyəti bu istəyinə nail ola bilmir. Vəziyyət belə davam etdikcə Bakı ilə Ankara arasında münasibətlər daha da gərginləşir.
  • Yazılıb
  • da (də) 2014 Jan 27