Tarix : 2014 Jan 27
Kod 41806

İran Aslandüz-Horadiz sərhəd keçid məntəqəsinin istifadəyə verilməsinə hazırlığını bildirdi

İran İslam Respublikası Azərbaycan Respublikası ilə bu ölkə arasındakı Aslandüz-Horadiz sərhəd keçid məntəqəsinin istifadəyə verilməsinə öz hazırlığını elan edib

İran İslam Respublikası Azərbaycan Respublikası ilə bu ölkə arasındakı Aslandüz-Horadiz sərhəd keçid məntəqəsinin istifadəyə verilməsinə öz hazırlığını elan edib.

Ərdəbil ostandarı Məcid Xudabəxş və Vəli Fəqihin Ərdəbil ostanındakı nümayəndəsi höccətülislam Seyid Həsən Amili ilə görüşmək üçün Ərdəbilə səfər edən İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin jurnalistlərə deyib: Biz Aslandüz və Horadiz sərhəd keçid məntəqəsinin istifadəyə verilməsinə hazırıq.

M.Pakayin əlavə edib: Əlbəttə, bu gömrük məntəqəsinin istifadəyə verilməsi İrandan çox Azərbaycanın xeyrinədir və bu gömrük məntəqəsinin istifadəyə verilməsi ilə bağlı ilkin təklif də elə Azərbaycanın Baş Gömrük İdarəsinin rəisi tərəfindən irəli sürülmüş və bizim tərəfimizdən də müsbət qarşılanmışdı.  Çünki, bu sərhəd keçid məntəqəsinin istifadəyə verilməsi İrana səfər edən Azərbaycan vətəndaşlarının Culfa və Naxçıvana olan yolunun təqribən 100 kilometr azalması və asanlaşmasına kömək etmiş olacaq.

İran səfiri daha sonra deyib: Bu gömrük məntəqəsinin istifadəyə verilməsi hər iki tərəfdə yəni Aslandüz və Horadizdə iqtisadi vəziyyətin yaxşılaşmasına səbəb olacaq. Bu isə hər iki ölkə xalqının, xüsusilə də sərhəd sakinlərinin xeyrinədir.

Pakayin Aslandüz-Horadiz sərhəd keçid məntəqəsinin istifadəyə verilməsi tarixi haqda da deyib: İran tərəfindən heç bir problem yoxdur. Biz bu barədə Azərbaycan tərəfi ilə müzakirə aparırıq. İki gün öncə Azərbaycan Respublikası Baş Gömrük İdarəsinin rəisi Aydın Əliyev də bir müsahibədə Aslandüz-Horadiz gömrük məntəqəsinin istifadəyə verilməsində maraqlı olduqlarını bildirdi. İnşaallah Bakıya qayıtdıqdan sonra məsələni araşdıracağam və bu gömrük məntəqəsinin istifadəyə verilməsi zamanını elan edəcəyik .


  • Yazılıb
  • da (də) 2014 Jan 27