Tarix : 2014 Jan 27
Kod 41807

Almaniya XİN-nin müsəlman sözçüsü: Müsəlman qadınların bir dini vəzifə olaraq hicablı olmalarına hörmət qoyuram

Mən fələstinli qaçqın bir ailədənəm. Atamın savadı yox idi, anam da təkcə yazıb-oxumağı bacarırdı. Amma bununla belə onların hər ikisi də övladlarının savad və təhsilinə böyük əhəmiyyət verirdi

AranNews"in İRNA ya istinadla verdiyi xəbərə əsasən, indiyə kimi Almaniya hökumətində yaxınlaşma işləri üzrə məsləhətçi işləyən 35 yaşlı Sevsan Çebli bundan sonar Almaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü olaraq, diplomatiksahədə fəaliyyət göstərəcək.

Fələstin əslli Sausan Çebli Almaniyada dünyaya gəlib. Ana və atası Livandakı bir qaçqın düşərgəsində tanış olan və atası 1970-ci ildə Şərqi Almaniyaya gələn Çebli Almaniyada doğulub və 15 yaşındaykən alman vətəndaşlığına keçib.

Savsan Çebli 13 uşaqlı ailənin orta məktəbi bitirərək ali təhsil haqqı qazanan ilk uşağıdır. Siyasi elmlər fakültəsi məzunu olan Çebli çox keçmədən İctimai Demokrat Partiyasından işə başlayıb və Franz Volter Steinmeierin diqqətini çəkib.

 Çebli 2010-cu ildə Berlin Daxili İşlər Senatında sözçü vəzifəsini yerinə yetirib. Almaniya XİN-nin yeni və müsəlman sözçüsü ölkə medialarına müsahibəsində din və dini fəaliyyətləri özünün rahatlıq səbəbi olmasını bildirib və qeyd edib ki, İslam dini həyatı onun üçün asan etmişdir.

Çebli ailəsi barədə deyib: "Mən fələstinli qaçqın bir ailədənəm. Atamın savadı yox idi,anam da təkcə yazıb-oxumağı bacarırdı. Amma bununla belə onların hər ikisi də övladlarının savad və təhsilinə böyük əhəmiyyət verirdi".

"Mənim gündəlik həyatımda məndə daha çox təsir qoyan ailə içində gedən dini söhbətlər ,bir yerdə Quran oxumaq, Ramazan ayında oruc tutmaq və digər gündəlik ibadət və münacatlar olmuşdur"-deyə XİN-nin sözçüsü artırıb.

Savsan Çeblinin dediklərinə əsasən, onun 55 yaşlı bir qardaşı İsveçrədə müsəlman məscidlərinin birində imam camaatdır.Almaniya XİN-nin sözçüsü fəaliyyətlərinin davamında ölkədə hicablı müsəlman qadınlarına qarşı ayrı-seçkiliklə mübarizəni özünün əsas proqramlarından biri adlandıraraq deyib: "Özüm hicablı olmasam da müsəlman qadınların bir dini vəzifə olaraq hicablı olmalarına hörmət qoyuram ".

 


  • Yazılıb
  • da (də) 2014 Jan 27