Tarix : 2014 Jan 28
Kod 41809

“Muhammmed” ləqəbli azərbaycanlı vəhhabi öldürülüb

Suriyada “Muhammmed” ləqəbli daha bir azərbaycanlı vəhhabi dövlət qüvvələri tərəfindən öldürülüb

Suriyada “Muhammmed” ləqəbli daha bir azərbaycanlı vəhhabi dövlət qüvvələri tərəfindən öldürülüb.

APA-nın məlumatına görə, terrorçular həmin azərbaycanlının fotosunu yayıblar. Onun kimliyi və Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır.

Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək terrorçu qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb.

Azərbaycan Respublikası hökumətinin isə qərbin himayəsini qazanmış Suriyadakı terror quruplarına 500 min avro ayırdığı barədə keçən il məlumat yayılmışdır. Ancaq rəsmi Bakı bunu nə təsdiq nədə təkzib edib.


  • Yazılıb
  • da (də) 2014 Jan 28