Tarix : 2014 Jan 28
Kod 41811

Yevlax sakini özünü yandırdı

Azərbaycan Respublikasında daha bir əlil özünü yandırıb.Bu dəfə hadisə Yevlax rayonunda qeydə alınıb

Azərbaycan Respublikasında daha bir əlil özünü yandırıb.Bu dəfə hadisə Yevlax rayonunda qeydə alınıb.

Faktxeberin məlumatına görə, Yevlax rayonsakini Nizami Kərimov Nizami Sosial Müdafiə Fondunun Yevlax şöbəsində özünü yandırıb. Bu barədə AXCP sədrinin müşaviri Məmməd İbrahim özünün facebook hesabında yazıb. Onun sözlərinə görə, əlil olan rayon sakininin vəziyyəti ağırdır və hazırda Yevlax şəhər xəstəxanasındadır.

Məlumata görə, sosial yardım almaq Fonda müraciət edən 3 uşaq atası Nizami Kərimova “6 ayın pulunu bizə ver deyiblər” və sosial yardım almasına əngəllər yaradıblar. Özünü yandıran əlilin qardaşı Kərimov Faxrəddin Yusif oğlu isə Qarabağda şəhid olub.

son həftələr ərzində Azərbaycan Qarabağ əlillərinin özünü yandırması ölkənin gündəminə çevrilib və Qarabağda döyüşən insanların sosial problemlərini üzə çıxarıb.

 


  • Yazılıb
  • da (də) 2014 Jan 28