Səfər çərçivəsində iki ölkənin prezidentləri və xarici işlər nazirləri Bakıda Azərbaycan-Fransa münasibətlərinin inkişaf perspektivlərini müzakirə edəcəklər
Fransa prezidenti bu ilin mayında Azərbaycana səfər etməyi planlaşdırır.
Səfər çərçivəsində iki ölkənin prezidentləri və xarici işlər nazirləri Bakıda Azərbaycan-Fransa münasibətlərinin inkişaf perspektivlərini müzakirə edəcəklər.
Qeyd edək ki, Türkiyədə səfərdə olan Fransa prezidenti Fransua Olland Türkiyə prezidenti Abdullah Güllə görüşdən sonra keçirilən birgə mətbuat konfransında
"erməni soyqırımı"nı inkar edənlərə qarşı Fransada cəza qanunun qəbul edilməsi barədə deyib ki, tarixə dair çalışmalar ağrılı ola bilər, amma ediləsi iş barışığı axtarmaqdır. “Əvvəlcə baş verənlərin tanınması üçün çalışmalıyıq. Bu il Birinci Dünya Müharibəsinin 100 illiyidir. Sonra 2015 olacaq. Bu müddəti çalışmağa xərcləməliyik. Doğru olanı, edəcəyik, hüququ axtaracağıq, hər kəsin mövzunu anlamasını təmin edəcəyik. Fransada bu mövzuda bir qanun, 2008-ci ildə qəbul edilmiş çərçivə qərarı var. Bunların icra olunması gərəkir”., - deyə Olland qeyd edib.
"Erməni soyqırımı"nı inkar edənlərə qarşı Fransada cəza qanunun qəbul edilməsi, Fransanı Nikola Sarkozinin prezidentliyi dövründə qəbul edilmişdir. Sarkozi Azərbaycana rəsmi səfəri zamanı prezident və birinci xanım tərəfindən yüksək qarşılanıb, Medalla təltif edilmişdir.