Tarix : 2014 Jan 28
Kod 41818

Qarabağ müharibəsinin yenidən başlanması ehtimalı yoxdur

Azərbaycan Respublikası ilə Ermənistan arasındakı təmas xəttində vəziyyətin gərginləşməsinə dair xəbərlərə rəğmən təhlilçilər tərəflər arasında müharibənin yenidən başlanması ehtimalının olmadığını bildirirlər

Azərbaycan Respublikası ilə Ermənistan arasındakı təmas xəttində vəziyyətin gərginləşməsinə dair xəbərlərə rəğmən təhlilçilər tərəflər arasında müharibənin yenidən başlanması ehtimalının olmadığını bildirirlər.

Təhlilçilərin qənaətinə görə təmas xəttində atəşkəsin pozulması halları xəbərlərdə göstərildiyi qədər də çox deyil və həmçinin təmas xəttində vəziyyətin gərginləşməsinə səbəbə hər nə olarsa iki tərəf vəziyyəti müharibə halına gətirmək iradəsi və gücünə malik deyillər.

Azərbaycan Respublikası Qərb təşkilatları, o cümlədən Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatı və Avropa şurası və NATO qarşısında öz üzərinə götürdüyü öhdəliklərə əsasən, ölkənin işğal olunmuş ərazilərini azad etmək üçün hərbi yola əl ata bilməz.

Həmçinin Azərbaycan Respublikası iqtisadiyyatı tamamilə qərb şirkətləri ilə bağlanan neft və qaz müqavilələrindən asılı vəziyyətə gətirilib və buna görə də AR müharibədən çəkinmək məcburiyyətindədir.

Bütün bunları nəzərə alaraq təhlilçilər deyirlər ki, hazırkı şəraitdə AR hökumətində müharibəyə meyl və güc, Ermənistanla müqayisədə daha azdır. Çünki ən azı neft amili və qərbin neft və qaz şirkətləri müharibəyə başlamaq üçün Ermənistanın əl-qolunu bağlamayıblar.

Lakin Ermənistan da məntiqi qaydalara görə hərbi təşəbbüsə meylli ola bilməz. Ona görə ki, Azərbaycan respublikası torpaqlarının 20 faizini işğal edib və bu işğal vəziyyətini qoruyub-saxlamaq , yeni müharibəyə başlamaqdan daha çox Ermənistana sərf edir.

Bu arada Bakı mediaları Erməni tərəfini Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisiyanla görüşü ərəfəsində psixoloji əməliyyatlarda, təxribatda və məkrli plan hazırlamaqda ittiham edirlər.

Digər tərəfdən Ermənistan da Azərbaycan Respublikasına oxşar ittiham vurur.

Azəri tərəf belə qənaətdədir ki, Erməni tərəf Azərbaycan Respublikasının işğal olunmuş ərazilərini qaytarmaq əvəzinə, toqquşmalar yaratmaq və rəsmi Bakını ittiham etməklə, ümumi fikri və qərb dövlətlərini Ermənistan tərəfinə cəlb edir və işğalçılığın davam etdirilməsini əsaslandırır və müzakirələrdə bu məntəqələrin azad edilməsindən boyun qaçırmaq istəyir.

Digər tərəfdən Erməni tərəf də belə fikirləşir ki, Azərbaycan Respublikasının daxili məsələləri rəsmi Bakını təmas xəttində vəziyyəti gərginləşdirmək məcburiyyətində qoyur. Erməni qəzetlər iddia edirlər ki, Azərbaycan Respublikasının yeni müdafiə naziri Zakir Həsənov özünü sabiq nazir Səfər Əbiyevdən fərqli göstərmək istəyir və məhz buna görə də təmas xəttində toqquşmalara meyllidir.

Tərəflərdən hansı birinin iddiasının son günlər atəşkəs rejiminin təkrar pozulmasının səbəbi olub-olmadığı bir tərəfdə qalsın, bu arada inkar edilməz bir həqiqəti nəzərdən qaçırmaq olmaz, o da Azərbaycan Respublikası torpaqlarının geniş hissəsinin işğal altında olması faktıdır.

Bakı və İrəvanın işğal faktına münasibəti və siyasəti bu məsələdə haqq və ədalətin tapdalanmasına gətirib çıxarıb. Bu məsələdə vasitəçi rolunu oynayan tərəflər yəni Amerika, Rusiya və Fransa da problemin həlli və sülh və ədalətin bərqərar edilməsi istiqamətində nəinki heç bir addım atmayıblar hətta, Qarabağ məsələsinin uzanması və mürəkkəbləşməsinə səbəb olublar. Bu arada belə bir sual ortaya çıxır ki, görəsən Azərbaycan Respublikası xalqının Qarabağı və digər işğal olunmuş rayonları qaytarmaq üçün iradəsi və gücü nə vəziyyətdədir ?

 

 


  • Yazılıb
  • da (də) 2014 Jan 28