Tarix : 2014 Jan 29
Kod 41822

İran XİN sözçüsü İmdad Komitəsinin Bakıdakı nümayəndəliyinin fəaliyyətinin siyasi xarakterli olmadığını bildirib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: İmam Xomeyni (rə) adına İmdad Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyətinin dayandırılması siyasi xarakterli deyil

 

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: İmam Xomeyni (rə) adına İmdad Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyətinin dayandırılması siyasi xarakterli deyil.

Xanım Mərziyyə Əfxəm bu gün Tehranda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Beynəlxalq Səhər kanalı müxbirinin “İmam Xomeyni (rə) adına İmdad Komitəsinin Bakıdakı nümayəndəliyinin fəaliyyətini davam etdirməsi iliə əlaqədar Azərbaycan Respublikası hökuməti ilə nə üçün müzakirələr aparılmadı? Sualını xanım Əfxəm belə cavablandırıb: Ötən iki dekadada və müstəqilliyinin ilk günləri və aylarında Azərbaycan Respublikasının xüsusi şəraitində İmdad Komitəsi bu ölkədə yerləşdi və müxtəlif sahələrdə çoxlu xeyriyyə fəaliyyətləri yerinə yetirdi və beləliklkə Azərbaycan Respublikası xalqına dəyərli xidmətlər təqdim edə bildi. Əlbəttə bu məsələ həmişə Azərbaycan Respublikası rəsmiləri tərəfindən alqışlanmışdır. Hətta Azərbaycanın eks-prezidenti İmdad Komitəsinin Bakıdakı fəaliyyətini daha çox alqışlamışdı. Lakin bəzi proseslər və Azərbaycan Respublikası hökumətinin proqramlarında yeni prezidentin dövründə dəyişikliklərə görə, belə qərara alındı ki, İmam Xomeyni (rə) İmdad Komitəsinin iki dekadan sonra Azərbaycandakı humanitar fəaliyyəti dayandırılsın.

Xanım Əfxəm əlavə edib: Bu nümayəndəliyinin fəaliyyətinin dayandırılmasının heç bir siyasi xarakteri yoxdur. Azərbaycan xalqı və bu ölkə rəsmiləri bu komitədən son dərəcə razıdırlar və onun xidmətlərini çox əla xatırlayırlar. Əhəmiyyətli məsələ budur ki, həm İran, həm Azərbaycan, həm də dünya İmam Xomeyni (rə) İmdad Komitəsi Bakıda öz fəaliyyətini parlaq keçmişlə dayandırdı və öz işini sona çatdırdı.

 


  • Yazılıb
  • da (də) 2014 Jan 29