Tarix : 2014 Feb 01
Kod 41840

Suriyada azərbaycanlı vəhhabilərin ölümü artıb

Son zamanlar məlum olubdur ki, azərbaycanlı vəhhabilər Türkiyə yolu ilə Suriyaya daxil olurlar

Son zamanlar məlum olubdur ki, azərbaycanlı vəhhabilər Türkiyə yolu ilə Suriyaya daxil olurlar.

Azərbaycan Respublikası XİN-in sözçüsü- Elman Abdullayev son zamanlar demişdi ki, Azərbaycan Respublikası vətəndaşlarının Suriya döyüşlərində iştirak etmələri məlum olarsa, onlarla qanun əsasında rəftar olunacaqdır.

Azərbaycan Respublikası XİN sözçüsünün bu respublika təkfirçilərinin iştirakı barədəki sözləri elə bir haldadır ki, Azərbaycan Respublikası medialarının bildirdiklərinə görə, indiyədək “İraq-Şam İslam Dövləti”, Ənnusrə və Azad Ordu adlı terrorçu qaragüruhlara üzv olan yüzdən yuxarı azərbaycanlı vəhhabi Suriyada öldürülübdür.

Azərbaycan Respublikası vəhhabiləri Suriyadakı terror əməliyyatlarında iştirak etmək üçün dəfələrlə sosial şəbəkələr vasitəsi ilə üzvlüyə qəbuletmə və Suriyaya getmək barədə çağırış veriblər.

Son zamanlar tanınmış azərbaycanlı vəhhabi rəhbərlərdən ikisi bir-birini Suriyaya göndərilmək üçün vəhhabiləri təşviq etməkdə ittiham ediblər.

İki gün bundan qabaq Qafqaz Müsəlmanları İdarəsi bəzi şəxs və qrupların cihad və şəhadət kimi müqəddəs islami dəyərlərdən sui-istifadə etmələri barədəki ictimai nigarançılıqlara əsasən, bəyanat verdi.

Şeyx-ül-islam Allahşükür Paşazadə verdiyi bəyanatda təhdid etmişdi ki, yalançı cihad fitvası əsasında əlinə silah alaraq, Suriyada və ya başqa ölkələrdə mübarizəyə gedən Azərbaycan Respublikası vətəndaşını müşahidə edəcəyi təqdirdə, onlarla ciddi rəftar edəcəkdir.

Bu bəyanatın verilməsi təkfirçi qrup və firqələrin xoşuna gəlmədi. Ondan sonra bəyanatda adları çəkilən qrup və firqələr sənədlər yaymağa başladılar. Həmin sənədlərdə qeyd olunubdur ki, Paşazadə bu qruplardan və ya həmin qruplardan asılı olan Küveyt, Bəhreyn, Ərəbistan kimi ölkələrdən, eləcə də Fəthullah Gülənin tərəfdarlarından dini və təhsil məkanlarının inşası üçün pul alıb, lakin bunun əvəzində heç bir addım atmayıbdır.

Bu qruplar elan etmişdilər ki, bundan artıq sənədlərə malikdirlər və lazım gələrsə, onları yayacaqlar.

 


  • Yazılıb
  • da (də) 2014 Feb 01