Tarix : 2014 Feb 02
Kod 41845

Fəcr ongünlüyü şənlikləri başlayıb

İran İslam İnqilabının banisi Həzrət İmam Xomeynini (rə) tarixi qarşılamanın ildönümü mərasimləri, O həzrəti İrana çatdıran təyyarənin Mehrabad hava limanında ...

İran İslam İnqilabının banisi Həzrət İmam Xomeynini (rə) tarixi qarşılamanın ildönümü mərasimləri,  O həzrəti İrana çatdıran təyyarənin Mehrabad hava limanında yerə enməsi saatı yəni  saat 9 : 27 dəqiqə 30 saniəyədən etibarən Tehranda başlanıb.

 Bu mərasimdə İmam Xomeyni (əs)-ın hörmətli beytinin üzvləri, hərbi və ölkə rəsmiləri və bir neçə nazir iştirak ediblər.

Nur partlayışının 35-ci ildönümü mərasimləri, bu gün İmamın nəvəsi höccətülislam Seyid Həsən Xomeyninin çıxışı ilə Mehrabad aeroportunun birinci terminalında keçirilib.

Mehrabad hava limanından İmamın hərəminədək motosikletçilər paradı, yolun güllə bəzənməsi, kilsələrin, kinisələr və digər dini məkanların zənginin səsləndirilməsi, gəmilər və qatarların sıqnallarının səsləndirilməsi mübarək Fəcr ongülüyünün ilk gününə həsr edilən mərasimləri təşkil edir.

Bu gün bir fevral İslam İnqilabının banisi Həzrət İmam Xomeyni (rə)-ın vətənə dönüşünün il dönümü günündən İslam İnqilabının zəfər çaldığı günədək (11 fevral) İran İslam respublikası təqvimində mubarək Fəcr ongünlüyü adlandırıllıb.

Həmin münasibətlə bağlı İslam İnqilabının 34-cü ildönümünə həsr edilən mərasimlər bu gündən fevralın 11-də ümumölkə səviyyəsində keçirlir.


  • Yazılıb
  • da (də) 2014 Feb 02