Tarix : 2014 Feb 04
Kod 41858

Oktay Əsədov terrorçulara bəraət qazandırdı

Azərbaycan Respublikası Parlamentinin sədri Oktay Əsədov Suriyaya döyüşə gedən terrorçulara bəraət qazandırmağa çalışıb

 

Azərbaycan Respublikası Parlamentinin sədri Oktay Əsədov Suriyaya döyüşə gedən terrorçulara  bəraət qazandırmağa çalışıb.

Parlamentin bu gün keçirilən iclasında son vaxtlar Suriyaya döyüşməyə gedən azərbaycanlılarla bağlı məsələnin müzakirəsində spiker Oqtay Əsədov deyib : “Məsələ çox ciddidir, amma ora döyüşməyə gedənlərin hamısını terrorçu adlandırmaq olmaz.”

Oktay Əsədov eyni halda deyib : “Əlbəttə, bunun qarşısını almaq lazımdır və bununla bağlı nə lazımdırsa, görüləcək. Muzdlu döyüşçülər məsələsintəhlükəli və çətin məsələdir, bunun qarşısının alınması da çətindir. Amma təhlükəli olduğunu nəzərə alaraq lazımı addımlar atılacaq. Bizim də üzərimizə nə düşsə, edəcəyik!”

 

 


  • Yazılıb
  • da (də) 2014 Feb 04