İran İslam Respublikası ilə sadələşdirilmiş viza rejiminə dair müqaviləni bir tərəfli ləğv edən Azərbaycan Respublikası Parlamenti işğalçı sionist rejim İsrail ilə sadələşdirilmiş viza rejiminin tətbiqi ilə bağlı qərar qəbul edib
İran İslam Respublikası ilə sadələşdirilmiş viza rejiminə dair müqaviləni bir tərəfli ləğv edən Azərbaycan Respublikası Parlamenti işğalçı sionist rejim İsrail ilə sadələşdirilmiş viza rejiminin tətbiqi ilə bağlı qərar qəbul edib.
Azərbaycan Parlamentinin bu gün qanuna çevirdiyi sənəddə Azərbaycanla İsrail arasında diplomatik və xidməti, xüsusi pasportlara malik olan şəxslər viza tələbindən azad ediliblər.
APA-nın məlumatına görə, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov bildirib ki, sənədə əsasən, diplomatik və xidməti pasportlara malik olan vətəndaşlar digər dövlətin ərazisinə səfər etmək, tranzit keçmək və ya ilk dəfə daxil olduqları tarixdən etibarən 180 gün ərzində, 90 gündən artıq olmayan müddətə qalmaq məqsədi ilə daxil olmaları üçün viza əldə etmək öhdəliyindən azad edilir.
Rəsmi Bakının işqalçı sionist rejimə yaxınlaşması belə bir haldadır ki, müsəlman xalq bu rejim ilə əlaqələrin dayandırılmasını tələb edir .