Tarix : 2014 Feb 04
Kod 41867

Müsəlman qadınlarının hicab qadağasına küçə etirazı-Hicab qadağası Azərbaycandan sonra Nigeriyada

Laqosun küçələri müsəlman qadınların və məktəbli qızların dövlətin hicab qadağasına etirazlarının şahidi olub
AranNews - Redaksiyamızın "Shafaqna" agentliyinə istinadla verdiyi xəbərə əsasən, Laqosun küçələri müsəlman qadınların və məktəbli qızların dövlətin hicab qadağasına etirazlarının şahidi olub.
Nigeriya mediası bu etirazları dinc aksiyalar adlandıraraq deyib: "Müsəlman məktəbli qızlar əllərində yazılı plakatlar tutaraq hicab qadağasına etiraz etdilər və Laqos hakimindən onlara hicabdan istifadə etmək icazəsini vermələrini istədilər".
Xatırladaq ki, Nigeriya ölkəsinin təhsil məsulları keçən il bildirmişdilər ki, dövlət məktəblərində təhsil alan qızlar hicabdan istifadə edə bilməzlər. Nigeriya Təhsil Komissarlığının rəisi Oladinka Olanquvi deyib: "Hicabdan və dini təlimlərdən istifadə etmək dövlətin qanunlarına ziddir. Məktəblərdə yalnız namaq qılınan və Quran tilavət edildikdə hicabdan istifadəyə icazə veriləcəkdir".
O artırıb: "Şəhərin daxili işləri və mədəniyyət komissarlıqları ilə birgə iclas keçirldi və bu iclasda hicabdan istifadəyə qadağa qanunu qəbul olundu".
Təhsil komissarı müsəlman qızlara məsləhət görüb ki, hicabdan istifadə etmək istəyirlərsə, xüsusi məktəblərə getsinlər.
Qeyd edək ki, Nigeriyadan əlavə Azərbacan kimi bəzi digər müsəlman ölkələr də məktəblərdə islami hicab qadağan olunması ictimai gərginliyə səbəb olmuşdu.


  • Yazılıb
  • da (də) 2014 Feb 04