Tarix : 2014 Feb 06
Kod 41881

Suriyada daha üç azərbaycanlı Vəhhabi terrorçu həlak olub

Bu barədə Vəhhabilərə məxsus saytlar məlumat yayıb

Bu barədə Vəhhabilərə məxsus saytlar məlumat yayıb.

APA-nın xəbərinə görə, “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan daha üç azərbaycanlı Vəhhabi terrorçu hökumət qüvvələri tərəfindən öldürülüb.

Vəhhabilər həmin şəxslərin fotolarını da yayıblar.

Öldürülən azərbaycanlılardan ikisinin kimliyi açıqlanmasa da, digərinin adının Urfan olduğu bildirilir. Məlumata görə, Urfanın daha bir qardaşı isə bir neçə il əvvəl Əfqanıstanda həlak olub.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra Azərbaycanın bir qrup Vəhhabi vətəndaşı bu ölkəyə gedərək terrorçu qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı Vəhhabi terrorçu öldürülüb. Onların bir çoxunun fotosu Vəhhabi tərəfindən sosial şəbəkələrdə yayılıb.

 


  • Yazılıb
  • da (də) 2014 Feb 06