Tarix : 2014 Feb 08
Kod 41892

ATƏT azərbaycanlı yazarın Türkiyədən deportasiya edilməsindən sarsılıb

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç "Today`s Zaman" qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalovun Türkiyədən deportasiya edilməsini xəbərindən sarsıldığını bildirib

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç "Today`s Zaman" qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalovun Türkiyədən deportasiya edilməsini  xəbərindən sarsıldığını bildirib.

Trend-in məlumatına görə, ATƏT-in xüsusi nümayəndəsi öz Twitter səhifəsində Türkiyənin bu addımını ölkədə mətbuat azadlığı sahəsində atılmış növbəti yanlış addım adlandırıb.

Qeyd edək ki, Türkiyənin "İnternethaber" onlayn qəzeti xəbər yayıb ki, "Today`s Zaman" qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalov Türkiyədən deportasiya edilib.

Məlumata əsasən, buna səbəb Mahir Zeynalovun hökumət əleyhinə və xüsusən də ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı davamlı ittihamlar irəli sürməsi olub.

M.Zeynalov qəzetdə Türkiyə hökumətinin "Əl Qaidə" terror təşkilatı ilə əlaqələri olduğu barədə silsilə məqalələr dərc edib.

Məlumatda qeyd olunur ki, Türkiyə Daxili İşlər Nazirliyinin qərarı ilə M.Zeynalovun ölkəyə girişi də qadağan olunub.

 


  • Yazılıb
  • da (də) 2014 Feb 08