Tarix : 2014 Feb 08
Kod 41894

Suriyada öldürülən azərbaycanlı vəhhabi terrorçuların sayı artmaqdadır

Suriyada daha iki Azərbaycan vəhhabi vətəndaşının öldürüldüyü barədə xəbər yayılıb

Suriyada daha iki Azərbaycan  vəhhabi vətəndaşının öldürüldüyü barədə xəbər yayılıb.

terrorçu “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsəd hakimiyyətinə qarşı vuruşan Fariz adlı azərbaycanlı terrorçu hökumət qüvvələri tərəfindən öldürülüb. Onun Sumqayıtdan olduğu bildirilir.

Bundan başqa, terrorçular ötən ilin dekabrında Suriyada öldürülən daha bir azərbaycanlının fotosunu da sosial şəbəkələrdə yerləşdiriblər. “Ziko” ləqəbli həmin azərbaycanlının da Sumqayıt şəhərindən olduğu bildirilir.

 


  • Yazılıb
  • da (də) 2014 Feb 08