Tarix : 2014 Feb 09
Kod 41909

Yerli televiziyalardan narazılıqlar var

eleviziya kanallarında aparıcı, verilişin tamaşaçısına canlı efirdən “qeyrətsiz” belə deyə bilir. (ANS TV, “Adam içində” verilişi). Cin çıxarma, məişət problemlərini yayımı, redaktəsiz materiallar, uşaq hüquqlarının tapdanması kimi məqamlar daha çox etiraza səbəb olan hallardandır
Analoq yayımın dayandırılması satış bazarına da təsir edib...
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qərarı ilə 2014-cü ilin yanvar ayından etibarən ölkədə analoq yayım dayandırılıb. Artıq yalnız milli televiziyalar və TRT1 yayımlanır. Rusiya, Türkiyə və digər xarici ölkələrin telekanallarının açıq yayımı dayandırılıb.
Nəticədə yerli kanalları izləməyə məcbur qalan insanlarda narazılıqlar artıb. Ələlxüsus da sosial şəbəkələrdə yerli televiziya kanallar haqda sitatlar, ikrah dolu statuslar son günlər paylaşımlar arasında daha çox yer alır.
İş o yerdədir ki, televiziya kanallarında aparıcı, verilişin tamaşaçısına canlı efirdən “qeyrətsiz” belə deyə bilir. (ANS TV, “Adam içində” verilişi). Cin çıxarma, məişət problemlərini yayımı, redaktəsiz materiallar, uşaq hüquqlarının tapdanması kimi məqamlar daha çox etiraza səbəb olan hallardandır.
Onu da qeyd edək ki, son illər insanlar daha çox xarici kanalları izləməyə üstünlük verirdi. Xüsusən də mütaliəli və rusdilli qisim ən çox Avropa, Rusiya kanallarını izləyirdi. İnsanlar arasında populyar olan Türkiyə istehsalı serialları da izləyən xeyli sayda insan var. Hansı ki, artıq onlar bundan məhrumdur.
Artıq kim xarici kanala baxmaq istəyirsə, Teleradio Şurasında lisenziya almış “ATV+” şirkətinə, yaxud KTV1, KTV2, Connect, BBTV-yə müraciət etməlidir. Onlar həmin kanalları quraşdırırlar. Xidmət pulludur.
Qeyd edək ki, “ATV+” müraciət üçün vətəndaşlar 996-ya zəng vura bilərlər. 96 kanala ödəniş aylıq 9 manatdır. Bundan başqa, telekommunikasiya peyki olan “Azərspace-1" peykindən hazırda 60 telekanal yayımlanır. Kim peyk antenası quraşdırıbsa, 60-dan çox telekanala pulsuz baxa bilmə imkanına sahibdir.
Televizor satışındakı son duruma da öz təsirini göstərmiş qərar əsnaflara ucuz başa gəlməyib. Onların sözlərinə görə, “ATV+”u indi məişət məhsulları satılan obyektlərdən də almaq mümkündür.
Televizor satışı ilə məşğul olan Ələkbər Həmidov son vəziyyətlə bağlı bunları dedi: “Satışımız nisbətən aşağı düşüb. İnsanlar biləndə ki, televiziyada xarici kanallara baxmaq üçün əlavə 40-50 manat ödəməlidirlər, əsəbiləşirlər. Belə ki, təzə televizoru olanlar 40 manata kartı alır və hər ay 9 manat ödəyirlər. Lakin köhnə televizoru olanlar 10 manata əlavə aparat almalıdır. Bir sözlə 6-7 ay əvvəl rəqəmsal televizor alan adamlar indi məyusdur”.
Ən çox satılan televizor markalarının “LG” və “Samsung” olduğunu bildirən satıcı əsasən 82 ekran televizorlara tələb olduğunu dedi: “82 ekran televizorun qiyməti 280 manatdır. Ondan sonrakı yeri 107 ekran televizorun satışı tutur. Onun da qiyməti 500 manat təşkil edir”.
Məişət texnikasının satışı ilə məşğul olan başqa bir obyekt sahibi Rafiq isə bildirdi ki, insanlar kart sisteminə keçidi əlavə iş kimi dəyərləndirir: “Biz onları başa salır, karta ödənişi keçirməyi yollarını izah edirik. İnsanlar narazıdır. Bu da bizimçün pisdir. Satışımız aşağı düşür. Mənfi mühit yaranır”.
Burada da ən çox satılan televizor markalarının və növlərinin hansılar olduğunu öyrəndik. Qeyd edək ki, mağazaların eyni ərazidə yerləşməsinə rəğmən, qiymətlər arasında fərq dərhal sezilir.
Satıcı əsasən “LG” və “Samsung”un satışını həyata keçirdiyini deyir: “Bunlar Malaziya, Koreyadan gəlir. 82 ekran ən çox satılandır. Qiyməti 290-300 manat arasında dəyişir. İmkanı olan isə çoxfunksiyalı televizor alır. Məsələn bizdə televizor var qiyməti 950 manatdır. Həm 3D-dir, həm smartdır. Kimin büdcəsi nəyə imkan verirsə onu da alır. Adam var 2500 manat verib ev kinoteatrı alır”.
Sonda əlavə edək ki, analoq yayımın dayandırılmasını nazirlik belə izah edir ki, rəqəmsal yayım daha müasir və keyfiyyətlidir. Həm analoq, həm də rəqəmsal yayım paralel gedəndə müəyyən çətinliklər yaranır. Çünki bütün tezliklər doldurulur
  • Yazılıb
  • da (də) 2014 Feb 09