Tarix : 2014 Feb 11
Kod 41919

İnanclı məhbus yenə "kars"a salındı

Bir həftəyə kimi azad ediləcək islamçı məhbus "kars"a salınıb
İslamazeri.az-ın verdiyi məlumata görə, 14 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşayan Hüseynov Seynur Şaban oğlu yenidən cəza kamerasına salınıb.

Buna səbəb isə, Seynurun 14 saylı CÇM-sindəki natəmizlik və qanunsuz hərkətlərə etiraz etməsi olub.

Saytımıza verilən məlumata görə, 14 saylı CÇM-də kanalizasiya sistemi sıradan çıxıb və dustaqlar məhz bu natəmiz suların üzərində düzülürlər.

Qeyd edək ki, Hüseynov Seynur Şaban oğlu 2010-cu ildə İslam Peyğəmbərinin (s) vəfatı münasibəti ilə yürüş keçirilərkən həbs edilmiş, ona 4 il həbs cəzası hökmü çıxarılmışdı. Seynurun barəsində verilən hökm isə 17 fevralda bitməlidir.
  • Yazılıb
  • da (də) 2014 Feb 11