Tarix : 2014 Feb 11
Kod 41932

Azərbaycanlılar hamılıqla İnqilabın Böyük Rəhbərinə ləbbeyk dedilər

"22 Bəhmən"də Təbrizin şəhərləri azərbaycanlıların hamılıqla İnqilabın Böyük Rəhbərinə "ləbbeyk"inin şahidi oldu
Bu gün İslam İnqilabının qələbəsi münasibətilə Şərqi Azərbaycanın, əsasən də Təbrizin mömin və vilayətçi əhalisi inqilab və hökuməti dəstəklədiklərini göstərmək üçün İranın bütün xalqı ilə birlikdə yumruqlarını düyünlədi və möhkəm addımlarla küçələrə axışdılar.
Qadın və kişi, qoca və cavan "istiqlal", "azadlıq", "İslam Respublikası", "Amerikaya ölüm" şüarları verərək, ABŞ-ı İranın ən böyük düşməni olduğunu və və müstəqilliklərini heç nəylə əvəz etməyəcəklərini bildirdilər.
Təbrizin həmişə səhnədə olan xalqı Ağ Evin xəyallarını bir daha puça çıxardılar və "Zillət bizdən uzaqdır" şüarı ilə imperializm sistemi ilə barışmayacaqlarını elan etdilər.
Daxili İşlər Nazirinin çıxış etdiyi bu əzəmətli yürüşdə Təbrizin "Namaz" meydanına toplaşmış camaat "Allahu Əkbər" şüarları səsləndirməklə yürüşdə qəbul edilmiş qətnaməni təsdiq etdilər. Həmçinin elan etdilər ki, həmişə İslam İnqilabı çərçivəsində əməl edəcək, Ali Məqamlı Rəhbərin mövqeyini son söz bilməklə vəhdəti pozan hər bir hərəkəti pisləyəcəklər.
Təntənəli yürüşdə iştirak edən Təbriz əhalisi bəzi ABŞ rəsmilərinin ədəbsilik və təhdidlərini pislədilər və ölkəmizin diplomatik aparatına öz izzətli mövqe tutduqlarına görə təşəkkür etməklə yanaşı qətiyyətlə bildirdilər: "Düşmənin hər bir axmaq hərəkətinə tutarlı cavab veriləcək".
Təbriz əhalisi İnqilab və Müqəddəs Müdafiə şəhidlərinin xatirəsini əzizləyərək bildirdilər: "Şəhidlərin uca hədəflərinin gerçəkləşməsi üçün heç bir şeyi əsirgəməyəcək və həmişə İnqilabın Böyük Rəhbərinə tabe olacaqlar".

  • Yazılıb
  • da (də) 2014 Feb 11