Hər il olduğu kimi, bu il də İran İslam İnqilabının ildönümü qeyd edilib
bu gün "Konpenski" oteldə inqilabın 35-ci ildönümü münasibəti ilə təşkil olunmuş tədbirə gələn qonaqları İİR-in səfiri və ateşesi tərəfindən qəbul edib. Tədbirdə xarici ölkələrin Azərbaycandakı səfirləri və ateşeləri, məmurlar, bir çox ziyalılar, ilahiyyatçılar, QHT sədrləri, jurnalistlər, mədəniyyət xadimləri iştirak ediblər.
Tədbir Quran tilavəti ilə başlayıb. Azərbaycan və İran himnlərinin oxunmasından sonra İİR-in Azərbaycandakı səlahiyyətli səfiri Möhsün Pakayin və nəqliyyat naziri Ziya Məmmədov çıxış edib. Tədbirin sonunda iştirakçılar təşkil olunmuş ziyafətə qonaq olublar.