Tarix : 2014 Feb 12
Kod 41946

İranın Azərbaycandakı səfiri: “İranda Azərbaycan dili tədris olunur”

"Biz gələcəkdə İranın etnik xalqlarının, o cümlədən azərbaycanlıların da İranın dövlət quruculuğunda iştirakının şahidi olacağıq"
“İranda azərbaycanlıların kompakt yaşadığı ərazilərdəki ali və orta təhsil müəssisələrində Azərbaycan dili tədris olunur və bu, bizim Konstitusiyamızın müddəasında da əks olunub”.

Bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

Onun sözlərinə görə, prezident Həsən Ruhaninin siyasəti də ondan ibarətdir ki, etnik xalqların mədəniyyəti inkişaf etsin: “Biz gələcəkdə İranın etnik xalqlarının, o cümlədən azərbaycanlıların da İranın dövlət quruculuğunda iştirakının şahidi olacağıq”.
  • Yazılıb
  • da (də) 2014 Feb 12