Tarix : 2014 Feb 13
Kod 41948

Oyaq Təbrizdə "İslam İnqilabının Dünya Müsəlman Azərilərinə Təsiri" konfransı keçirilir

Bir müddət öncə Ayətullah Amili 29 Dey (19 yanvar) gününü İran, İslam və Azərbaycanın tarixində qovuşma nöqtəsi adlandıraraq deyib: "Bu gün "Dünya Müsəlman Azəriləri Günü" adlandırılsın"
AranNews - Redaksiyamızın "Oyaq Təbriz" mərkəzində istinadla verdiyi məlumata əsasən, 23 Bəhmən çərşənbə günü Təbrizdə "İslam İnqilabının Dünya Müsəlman Azərilərinə Təsiri" konfransı keçiriləcək.
"Oyaq Təbriz" müəssisəsinin ev sahibliyi ilə keçirilən bu konfransda siyasi ekspertlər, media və mədəniyyət nümayəndələri İslam İnqilabının dünya müsəlaman azərilərinin mədəniyyət, həmrəylik, incəsənət və siyasətinə təsiri barədə çıxış edəcəklər.
Müasir tarix tədqiqatçısı və İslam İnqilabı barədə neçə cild kitabın müəllifi Rəhim Nikbəxt, media üzrə ekspert Ruhullah Rəşidi, jurnalist Məsud Sədr Məhəmmədi konfransda çıxış edəcəklər.
Qeyd edək ki, bir öncə Ərdəbilin imam cüməsi Ayətullah Amili, Rəsuli-əkrəmin (s) mövludu günü ilə eyni zamanda 29 Dey (19 yanvar) gününü İran, İslam və Azərbaycanın tarixində qovuşma nöqtəsi adlandıraraq deyib: "Bu gün "Dünya Müsəlman Azəriləri Günü" adlandırılsın".
  • Yazılıb
  • da (də) 2014 Feb 13