Tarix : 2014 Feb 14
Kod 41957

Ruhullah Rəşidi: İslam İnqilabının dünya müsəlman azərilərinə təsiri bu İnqilabın İslam dünyasına təsiri çərçivəsindədir

Azərbaycan Respublikasında çoxlu sayda mübariz şəxsiyyətlərin yetişməsi göstərir ki, bu ölkənin azəriləri çoxlu mövcud maneələrə baxmayaraq İnqilabın mesajını dərk ediblər
AranNews - Redaksiyamızın məlumatına əsasən, "İran İslam İnqilabının Dünya Müsəlaman Azərilərinə Təsirininin Araşdırılması" elmi konfransnda çıxış edən İslam İnqilabı Mədəni Araşdırılar Cəbhəsinin Şərqi Azərbaycan bölməsinin məsulu Ruhullah Rəşidi çıxış edərək İslam İnqilabının dünya müsəlman azərilərinə təsirini bu İnqilabın İslam dünyasına təsiri çərçivəsində olduğunu bəyan edərək deyib: "Dünya azərilərinin, əsasən də Azərbaycan Respublikasının azərilərinin çoxu şiə məzhəblidir. Təbiidir ki, çoxlu dini, tarixi və mədəni ortaqlıqlara, habelə İslam İnqılabının mərkəzi ilə qonşu olduqlarından İnqilabdan təsirlənmişlər".
İctimai məsələlər üzrə tədqiqatçı vurğulayıb ki, biz İslam İnqilabının İrandan digər coğrafiyaya təsirindən söhbət etdikdə heç vəchlə başqalarının işinə dəxalət etmək niyyətində deyilik. İnqilabın dəyərlərinin bütün dünya müsəlmanlarına yetişməsi həzrət İmam Xomeyninin aşkar və əsas fikirlərindən idi.
Ruhullah Rəşidi, İmam Xomeyninin (rh) 589-cu qətnamənin qəbul edilməsi münasibətilə buyurduğu bəyanatlardan bəzi hissələrinə işarə edərək deyib: "Biz, İslam İnqilabını həzrət İmam Xomeyninin tanıtdığı kimi bütün dünyaya müsəlmanlardan əlavə, dünyanın bütün məzlum xalqları özlərinin azadlıq yolunu İslam İnqilabında görəcəklər".
Tədqiqatçı İslam İnqilabını bütün bütün müsəlmanların tənəffüsün azad məntəqəsi adlandıraraq deyib: "Azərbaycan Respublikasında çoxlu sayda mübariz şəxsiyyətlərin yetişməsi göstərir ki, bu ölkə azəriləri çoxlu mövcu maneələrə baxmayaraq İnqilabın mesajını dərk ediblər".
  • Yazılıb
  • da (də) 2014 Feb 14