Tarix : 2017 Jan 17
Kod 41959

İslami Şura Məclisinin nümayəndəsi: 1990-cı il 19 yanvarda Azərbaycan xalqının İran və İslama təmayülü İran İslam İnqilabının nəticələrindən biri idi

19 yanvarda çoxlu sayda azərbaycanlı şiələr Araz çayının üzərində qurulmuş möhkəm sərhəd maneələrini keçərək İrana keçdilər. O anlar, unudulmaz anlardır
AranNews - 1990-cı ilin yanvarında sərhəddi aşaraq İrana gələn azərbaycanlıların şadlığı barədə öz xatirələrindən danışan Təbriz, Azərşəhr və Üskü əhalisinin İslami Şura Məclisində nümayəndəsi Məhəmməd İsmayıl deyib: "Kommunistlər, müsəlman Azərbaycana hökumət etdikləri dövrdə onların İranla hər cür yaxınlaşmasının qarşısını almağa çalışdılar. Hətta sərhəd zolaqlarında da möhkəm postlar, möhkəm sərhəd maneələri qurmuşdular. Lakin sovet hökumətinin əsaslarının çökməsi ərəfəsində İran İslam İnqilabının qələbəsini təqribən 10 il eşitmiş Azərbaycanın müsəlman xalqı sərhəd yaxınlığında toplaşdı və Allahu Əkbər, La ilahə İlləllah şüarları səsləndirərək İran və İslama təmayül göstərdilər. 19 yanvarda çoxlu sayda azərbaycanlı şiələr Araz çayının üzərində qurulmuş möhkəm sərhəd maneələrini keçərək İrana keçdilər. O anlar, unudulmaz anlardır. Onlar bizdən istəyirdilər ki, onlar üçün Təbriz və Məşhəd səfərləri təşkil edək. Onların bu iki şəhərə böyük sevgiləri var idi. Hər işdən qabaq məscidə gedirdilər, namaz qılırdılar, imam Xomeyninin (rh) şəkilini istəyirdilər ".
Məhəmməd İsmayıl Səidi İmamın (rh) karizmatik cazibələri, onun ixlası və Sovet hökumətinin dağılmasından öncə radio vasitəsilə ruhanilərin dini söhbətləri, ustad Şəhriyar kimi iftixarlı şəxslərin varlığı, İslam dünyasının mesajından qaynaqlanan İslam İnqilabının mesajının transmilli olmasını Azərbaycan müsəlmanlarının İslam İnqilabına diqqətini çəkən önəmli səbəblərdən olmasını açıqlayıb və deyib ki, bu gün də Azərbaycan şiələri islami-şiə dərin maarifindən ilham alaraq, İslam dünyasının bir hissəsi kimi hadisələrdin gedişində iştirak edirlər.


  • Yazılıb
  • da (də) 2017 Jan 17