Tarix : 2017 Jan 17
Kod 41962

İsmayıl Səlimi: Azərbaycanda şiə fəalları əleyhinə məhdudiyyətlər yaradılması azəri islamçıların gücünü göstərir

Ekspert Azərbaycanda 1990-cı il 19 yanvar hadisələrini İslam İnqilabının müsəlman ölkələrinə təsiri adlandırdı
AranNews- politoloq İsmayıl Səlimi Azərbaycanda şiə fəalları əleyhinə məhdudiyyətlər yaradılmasını azəri islamçıların gücünün armasi kimi dəyərləndirərək deyib: "İslam İnqilabı təkcə Azərbaycan müsəlmanlarına yox, bütün dünya müsəlmanlarına təsir göstərdi. Çünki İslam İnqilabı insanın fitrəti ilə uyğun və onun mənəvi təlabatını təmin edən bir din əsasında formalaşmışdır.
Siyasi elmlər üzrə ekspert Azərbaycanda 1990-cı il 19 yanvar hadisələrini İslam İnqilabının müsəlman ölkələrinə təsirlərin biri olmasını önə çəkərək deyib: "Bakı əhalisi 19 və 20 yanvarda Allahu Əkbər və La ilahə illəllah şüarlrı ilə həm Sovet hökumətinin qızıl ordusu qarşısında dayandılar, həm də sərhəddi keçərək İrana keçdilər. Bu hər iki hadisə onların İran və İslama sevgisini göstərir".
O, İran ölkəsinin Azərbaycanla gediş-gəlişdə viza rejimini ləğv etməsinin dəyərli bir addım olduğuna işarə edərək deyib: "Azərbaycan Respublikasının vətəndaşları İrana səfərlərində İran İslam Respublikasının inqilabdan sonrakı inkişafı ilə yaxşı tanış oldular. Üstəlik, İranda etnik məhdudiyyətlərin olması iddialarının da batil olmasını müşahidə etdilər".


  • Yazılıb
  • da (də) 2017 Jan 17