İşğalçı İsrail Müdafiə Nazirliyinin rəsmi saytında yer alan hesabatda Mossad kəşfiyyat agentliyi ilə bir çox müsəlman ölkələri arasında müdafiə və təhlükəsizlik sahəsində əlaqələrin olması məlumtı yer alıb
Agentliyin rəsmi saytına istinad edən Qərb mediası bu mövzunu xüsusi qabardıb. Beləliklə, MOSSAD-la əməkdaşlıq edən ölkələr sırasında Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Əfqanıstan və Azərbaycanın da adı çəkilir.
Hesabata əsasən, Bəhreyn İran və Fələstin hərbi birləşmələri barədə İsrailə məlumatlar ötürür. Ayrıca İranın nüvə məsələsində İsrailin Səudiyyə kəşfiyyatı ilə qarşılıqlı əməkdaşlığı xüsusi vurğulanır. Bu yöndə iki ölkə arasında əlaqələr daha da genişlənməkdədir.
“Nyu York Tayms”ın 2011-ci ildə Almaniyanın Ər-Riyada satacağı 200 ədəd tankla bağlı silah müqaviləsinin İsrailin yardımı ilə reallaşdırdığı barədə məqalə dərc olunub. Ordunun sözügedən hesabatına görə, İsrail BƏƏ-yə hava hücümlarından müdafiə sistemləri və digər hərbi sursatlar da təklif edib
Ordu hesabatına görə, Azərbaycan və Əfqanıstana satdığı silahları Pakistan üzərindən həyata keçirir.