Bakının yeni planına uyğun olaraq köhnə məhəllələrin sökülməsi barədə qəbul edilən qərardan sonra ilkin olaraq sökülmə ərazisi kimi "Sovetski" nəzərdə tutulub
Bakının yeni planına uyğun olaraq köhnə məhəllələrin sökülməsi barədə qəbul edilən qərardan sonra ilkin olaraq sökülmə ərazisi kimi "Sovetski" nəzərdə tutulub. Amma ödəniləcək məbləğin adekvat olmaması narazılıq yaradıb. Sakinlər bildirirlər ki, onlara 1500 AZN veriləcəyi bildirilir, bu isə onları qane etmir. Çünki 30 kv.m evi olan vətəndaş nəinki yaşadığı ərazidə, heç yeni tikililərdə belə o qiymətə ev ala bilməyəcək. Məhz buna görə də, "Sovetski" sakinləri bu gün saat 14.00-a etiraz aksiyası təyin etmişdilər.
Əməkdaşımızın bildirdiyinə görə, aksiyada 1000-dən artıq vətəndaş var. Əraziyə çoxlu sayda polis əməkdaşları da cəlb olunub və onlar sadəcə müşahidə aparırlar. Yasamal rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Səməd İslamov vətəndaşlar qarşısına çıxıb heç kəsin evinin icazəsiz sökülməyəcəyi barədə vəd versə də, sakinlər onun bu sözünə inanmayaraq, Heydər Əliyev sarayının arxasından insanların evlərindən polis gücünə çıxıarılmasını misal göstəriblər.