Tarix : 2017 Jan 17
Kod 41995

Doktor Pərğu: 19 yanvar Azərbaycan müsəlmanlarının özlərinə qayıtmasına möhkəm iradəsi

Azərbaycan xalqı tarix boyu öz müstəqilliyini və iranlı kimliyini qorumaq üçün həlledici və təyinedici addımlar atmışdır və bu təkcə İran coğrafiyasında yaşayan azərilərə məxsus deyil.
AranNews - Təbriz Universitetinin İranTarixi və Mədəniyyət Mərkəzinin rektoru deyib: "Azərbaycan xalqı tarix boyu öz müstəqilliyini və iranlı kimliyini qorumaq üçün həlledici və təyinedici addımlar atmışdır".
" doktor Məhəmməd Əli Pərğu, Səfəvi dövlətinin yaranması və İranda şiə məzhəbini rəsmi olmasının elanının Təbrizin came məscidində baş tutmasına toxunaraq deyib: "İran öz tarixində qonşuları-Rusiya və Osmanlı imperiyaları ilə qarşılaşmada İranın milli və ərazi bütövlüyünün qorunmasında məzhəb əsas rol oynamışdır".
O, Rusiya çarlığının işğalçılığına, bu proqramda sovet hökumətinin rus çarlığına varis olmasına və İran ərazilərinə əl uzatmaq istəməsinə də işarə edərək deyib: "Bu məsələ İranda Azərbaycanı düşmənlə mübarizə mərkəzinə çevirdi".
Doktor Pərğu vurğulayıb: "Azərbaycan xalqı tarix boyu öz müstəqilliyini və iranlı kimliyini qorumaq üçün həlledici və təyinedici addımlar atmışdır və bu təkcə İran coğrafiyasında yaşayan azərilərə məxsus deyil".
O artırıb: Azərbaycanın rolu təkcə İrana aid olmamışdır. Azərbaycan İslam İnqilabının coşğun mərkəzi kimi İslam İnqilabının ruh bağışlayan mesajını qonşu məntəqələrə, o cümlədən Qafqaza və Azərbaycan Respublikasına ötürmüşdür və bu məntəqənin əhalisi, hətta Qafqazın qeyri-müsəlmanlar belə İran azərilərinin, xüsilə də Təbrizin 29 Bəhmən qiyamından zülmlə mübarizənin yollarını öryəndilər. Ona görə də sovet hökumətinin əsasları zəifləyən kimi Arazın o tayının əhalisi ürəklərində İran və İslama min ümid və sevgi ilə İrana ayaq basdılar.



  • Yazılıb
  • da (də) 2017 Jan 17