Tarix : 2014 Feb 18
Kod 42015

Azərbaycanın Milli Məclisinin sədri: Qarabağ konflikti bütün regionun təhlükəsizliyi üçün problemdir

Azərbaycanın Milli Məclisinin sədri parlament diplomatiyasının ölkələrdə sülhün gerçəkləşməsində böyük roluna işarə edərək deyib: "Qarabağ konflikti bütün regionun təhlükəsizliyi üçün problemdir".
AranNews - Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatının İslam Parlamentlərarası Birliyinin (İİPU) 9-cu iclası çərçivəsində baş tutan görüşdə iştirak edən Azərbaycanın Milli Məclisinin sədri Oktay Əsədov deyib: "Ümidvaram, bu iclas və fikir mübadilələri İslam ölkələrinin hədəflərinin gerçəkləşməsinə kömək edəcək".
O, son illlər ərzində İslam ölkləri parlamentlərinin yaxınlaşmasının daha çox əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyib: "Azərbaycan ölkəsinin İslam Parlamentlərarası Birliyi ilə münasibətləri yeni mərhələyə qədəm qoyacaq".
İslamın qardaşlıq və ədalət dini olmasını qeyd edən Oktay Əsədov artırıb: "Hazırda regionda çoxlu problemlərin şahidiyik. Bir-birimizə kömək etməsəkolmasaq bu problemləri aradan qaldırmaq olmaz".
İslam Ölkələri Parlamentlərarası Birliyinin regiondakı problemlərin aradan qaldırılmasında böyük roluna işarə edərək deyib: "Azərbaycana hərbi hücum olduqda bu təşkilat bizi dəstəkləyəcək bir qətnamə qəbul edərək möhkəm yaxınlaşma mövqeyi seçdi".
Azərbaycanın Milli Məclisinin sədri parlament diplomatiyasının ölkələrdə sülhün gerçəkləşməsində böyük roluna işarə edərək deyib: "Parlament diplomasiyası bir proses kimi ölkədə sülh yaranması üçün çox əhəmiyyətlidir".
O. Əsədov Qarabağda baş verən hadisələri bütün regionun təhlükəsizliyi üçün problem adlandıraraq xatırladıb: "İslam Parlamentlərarası Birliyinin bu problemdən çıxış yolu tapmaq üçün daha artıq əməkdaşlığa ehtiyacı vardır".
  • Yazılıb
  • da (də) 2014 Feb 18